Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan hərbi cinayət törədir

18 oktyabr 2020 | 16:00

Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibədə qeyd edir ki: “Ermənistan tərəfi, adətən, döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açır. Bu, birinci Qarabağ savaşında da müşahidə edilib. Məhz Xocalı soyqırımını törədənlər həmin mənfur Ermənistandır. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Mülki şəxslər arasında insan itkisi davam edir. Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmır, bu gün də açmırıq. Baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayır və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyünün bərpa edilməsi”. Belə ki, 1990-cı il 20 Yanvar və 1992-ci il Xocalı soyqırımları, 1918-1921, 1921-1929, 1948-1953 və 1988-1991-ci illərdə Azərbaycan xalqına qarşı törədilən soyqırımı, deportasiya, sürgün, repressiya, etnik təmizləmə, onun tarixi ərazilərinin işğalı siyasətinin akkordlarıdır. Tarix boyu qeyri-konstruktiv fəaliyyəti, xüsusən də, son zamanlarda erməni hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən terror aktları bunun bariz nümunəsidir. Mənfur düşmən döyüş meydanındakı zəifliyinin, acizliyinin qisasını xaincəsinə Azərbaycanın dinc sakinlərindən alır. Buna baxmayaraq, bəzi ölkələrdə ikili standart siyasəti müşahidə olunur. Lakin Ümummilli Liderimiz Heydər Əliyevin layiqli dəvamçısı cənab prezident İlham Əliyevin yeritdiyi siyasət nəticəsində bir çox dövlətlər və Qoşulmama hərəkatı kimi çox sayda dövləti özündə birləşdirən qurumlar Ermənistanı işğalçı və provokatif ölkə kimi tanıyır. Prezident İlham Əliyevin verdiyi müsahibədə həmçinin bildirilir ki: “Türkiyə və Pakistan ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur. Bu, Azərbaycanı daha da ruhlandırdı. Ancaq hərbi dəstəkdən söhbət gedə bilməz”.

Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində Azərbaycan Ordusu böyük rol oynayır. Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibədə bildirir ki:”Ermənistan ordusu müharibədə qısa zamanda əridi, yox oldu. Ermənistan itkiləri hər gün dəyişən bir statistikadır. 200-dən çox tank məhv edilib, 33 tank qənimət kimi götürülüb, hava hücumuna qarşı 35 OSA sistemi, iki S-300 sistemi məhv edilib. Təqribən 170 karqo maşını ələ keçirilib. Həmçinin 16 komanda mərkəzi məhv edilib. Hesablamalara görə, bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu davam edir”.

Zəif və iradəsiz orduya malik olan Ermənistan çarəni yalnız qeyri-leqal silahli birləşmələrdə və terror qruplarında görür. Hərbi əməliyyatlar başlamadan əvvəl məlumat var idi ki, PKK-çılar orada düşərgə qurub. Dağlıq Qarabağ nəzarətsiz bir ərazi idi. Orada hər hansı bir beynəlxalq nəzarət mexanizmi yox idi. Ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi.

Ərazi bütövlüyümüz uğrunda gedən müharibədə qardaş ölkə Turkiyənin dəstəyi danılmazdır. Prezident İlham Əliyevin verdiyi müsahibədə də Türkiyə Respublikasının rolu qeyd edilmişdir:” Türkiyənin gücündən narahat olan dairələr var. Türkiyə artıq 20 il əvvəlki Türkiyə deyil. Bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir.

Bu, reallıqdır. Bu gün Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin danışıqları olubdur. Eyni zamanda, iranlı həmkarları ilə Türkiyənin yüksək vəzifəli şəxslərinin əlaqələri olubdur digər ölkələrlə. Ona görə Türkiyə de-fakto buradadır. Türkiyə ilə hərbi sahədə işbirliyimiz gündən-günə möhkəmlənir. Keçən il 10 birgə hərbi təlim keçirilmişdir, həm havadan müdafiə, eyni zamanda, özəl komandalar, digər sahələr üzrə. Ona görə bu işbirliyi ən yüksək səviyyədədir. Buna baxmayaraq, Türkiyənin Azərbaycanda hərbi baza yaradılması məsələsi heç zaman müzakirə mövzusu olmamışdır.

1933-cü ildə qəbul edilən Montevideo konvesiyasına esasən bir dövlətin var olması üçün ərazi, nominal maraqdan əlavə olaraq, əhalisinin də olması şərtdir. Azərbaycan xalqı güclü iradəyə, sarsılmaz inama malik xalqdır. Cənab Prezident müsahibədə Azərbaycan xalqının sarsılmaz iradəsi və milli həmrəyliyi haqqında da danışmışdır.

“Azərbaycan xalqı iradəlidir, mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir. İndiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. İnsanlar mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!”.

Ərazi bütövlüyümüzün bərpası bir nömrəli vəzifədir. Buna nail olmaq üçün böyük səy göstərilir – siyasi, iqtisadi, diplomatik, hərbi sahələrdə. Siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik.

Orxan Oktay oğlu İsmayılov
Rayon sakini
Keçidlər