Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşasın müstəqil Azərbaycan Dövləti və onun xilaskar ordusu!

20 oktyabr 2020 | 16:00

Son günlərdə terrorçu Ermənistan dövlətinin faşist rəhbərliyinin Azərbaycanda bir-birinin ardınca həyata keçirdiyi qətliamlar Xocalı faciəsinin davamıdır. Yenə də mülki insanlar, dinc əhali - qadınlar, qocalar, uşaqlar erməni xəyanətinin qurbanları oldular. Bu dinc əhalinin öldürülməsinin bir səbəbi var - müsəlmandırlar, Azərbaycanlıdırlar. Qəbul olunmuş beynəlxalq qərarlarda isə bu cür hadisələr cinayətdir. Əgər belədirsə ermənilər bu əməllərinə görə həmin təşkilatlar tərəfindən niyə cəzalandırılmırlar?! Həmin təşkilatlar buna qadir deyillərsə, öz fəaliyyətlərini niyə davam etdirirlər?! Məgər onlar Gəncə, Mingəçevir, Tərtər, Ağdam, Naftalan və s. şəhərlərin raket atəşinə tutulmasını, nəticədə dinc əhalinin yaralanmasını, həlak olmasını görmürlərmi?! Yoxsa görmək istəmirlər? Əgər belədirsə, onda Azərbaycan beynəlxalq qanunlar çərçivəsində öz sözünü deməkdə haqlıdır. Uzun illərdir ki, işğalçı Ermənistana zəbt etdiyin torpaqlardan çıx deyilir. İnsanlıqdankənar olan erməniləri insan yerinə qoyub, insan kimi rəftar edildi. Amma nə fayda? Deməli, hər kəsi başa düşdüyü dildə başa salmaq lazımdır. Ali Baş Komandan İlham Əliyev başda olmaqla, ordumuz ermənilərə layiq olduqları dərsi verirlər. İllərlə repressiyalara, sürgünlərə, işgəncələrə, qaçqın, köçkün həyatı sürməyə vadar edilən xalqımız bu gün kükrəyərək ayağa qalxmışdır. Müasir tələblərə cavab verən nizami ordumuz döyüş meydanında tam üstünlüyə malikdir. Ordumuz düşmənlərimiz tərəfindən dağıdılıb xarabalığa çevrilmiş torpaqlarımızı bir-birinin ardınca işğaldan azad edir. Azərbaycan tarixini böyük və qızıl hərflərlə yenidən yazır. Ermənilər isə bu oyanışın qarşısında tab gətirə bilmir və bilməz də. Çünki haqsızdırlar, ədalətsizdirlər, xəyanətkardırlar. Çörək verənin üzünə ağ olublar. Ordumuzun qüdrətini görüb nəinki texnikasını, silahını, sursatını, hətta papaqlarını belə döyüş meydanında qoyub qaçırlar. Bu xislətlə də "Böyük Ermənistan" xülyasındadırlar.

Bu gün Azərbaycanda xalq, dövlət və ordunun elə birliyi yaranıb ki, onun qarşısını heç kim ala bilməz. Haqsızlığa qarşı təkcə ordumuz deyil, bax bu birlik mübarizə aparır, yeni-yeni uğurlara, qələbələrə imza atır. Ümidvaram ki, ermənilərin havadarları da bundan bir nəticə çıxaracaqdır. Çünki Azərbaycan bu gün onların düşündüyü Azərbaycan deyil. Azərbaycan həm ön, həm arxa cəbhədə, həm də informasiya savaşında öz sözünü deməyə qadirdir. Bu isə danışıqlar masasında həlledici söz sahibi olmaq deməkdir. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli çıxışları bunu bir daha sübut edir.

Yaşasın müstəqil Azərbaycan Dövləti və onun xilaskar ordusu!

Eşq olsun xalqla Dövlətin möhtəşəm birliyinə nail olmuş Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə!

 

Məmmədova Nərgiz Abbas qızı
229 nömrəli tam orta məktəbin müəllimi
Keçidlər