Azərbaycan xalqı Böyük Qayıdış astanasındadı
Vətən müharibəsi başlayanda Müzəffər Azərbaycan Ordusunun hücumu qarşısında dayana bilməyən erməni hərbi birləşmələri silahlarını və mövqelərini qoyaraq qaçmağa başladı. Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuz tərəfindən torpaqlarımız düşmən tapdağından azad edilməyə başladı. Cəbhədə əsgərlərimizin qarşısında duruş gətirməyib geri çəkilən ermənilər yenə də öz murdar xislətini ortaya qoydu. Düşmən ölkə cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncə və Mingəçevir səhərlərini raket atəşinə tutdu. Nəticədə Gəncədə xeyli dinc sakin həlak oldu. Onların içərisində uşaqlar da vardır. Bununla da Ermənistan rəhbərliyi faşizm ideologiyasına xidmət etdiyini göstərdi. Həm də bu hücumlar dəfələrlə təkrar olundu. Onlar bu hücumlarla xalqımızı qorxutmaq, ölkədə xaos yaratmaq və cəbhədəki uğursuzluqlarını ört-basdır etməyə çalışırdılar. Amma istəklərinə nail ola bilmədilər. Bu hadisə bizi bir-birimizə daha sıx bağladı. Xalqımız Prezidentimizin ətrafında daha sıx birləşdi.
Cənab Prezidentin 20 oktyabr tarixli müraciəti xalqımızı daha da ruhlandırdı. Biz hər gün ölkə başçısından qələbə müjdəli xəbərlər gözləyirik. Cənab Prezidentimiz tərəfindən düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikasının siyahısı və azad edilmiş ərazilərimizin adlarını çəkildikcə xalqımızın sevincinin həddi-hüdudu olmur. Azərbaycan Ordusu düşmənə layiqli cavablar verir, onu diz çökdürür.
Prezident hər bir çıxışında düşmənin yalanlarını ifşa edir. Bizim hər sahədə düşməndən üstünlüyümüz heç kimə sirr deyil. Düşmənin isə gücü ancaq dinc əhaliyə çatır.
Lakin bir məsələ də var ki, ölkəmizdə baş verən bu qətliama dünyanın əksər dövlətləri səssiz qalır. Yalnız qardaş Türkiyə həmişə olduğu kimi, hadisə baş verən andan yanımızda oldu. Dünyanın gözü qarşısında törədilən bu cinayətlərə səssiz qalmaq olmaz. Biz beynəlxalq təşkilatlardan törədilmiş bu terror hadisələrinə reaksiya verilməsini gözləyirik. Faşist Ermənistanın faşist rəhbərliyinin beynəlxalq məhkəməyə verilməsini istəyirik. Əgər dünya bunu etməsə, biz özümüz də bacararıq. Çünki bizim dünya səviyyəsində güclü rəhbərimiz və müzəffər Ordumuz var. Bizim dövlət rəhbərinə və Şanlı Ordumuza da inamımız tamdır. İnanırıq ki, biz qalib gələcəyik. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!