Şriftin ölçüsü :

Saytın rəngi :

19 aprel 2014-cü il tarixində 201 nömrəli orta məktəbdə “Vətən mənə oğul desə nə dərdim...” vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir.

20 aprel 2014 | 15:00

Respublikamızda vətənpərvər gənclərin və sağlam nəslin yetişməsi ölkədə həyata keçirilən gənclər siyasətinin və gənclərə göstərilən diqqət və qayğının nəticəsidir. Ümummilli lider Heydər Əliyevin dövlətin müstəqilliyini qorumaq iqtidarında olan gənclərə inamını Azərbaycan gəncliyi bu gün doğrultmaqdadır.
Vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində ümumtəhsil məktəblərində müxtəlif silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də “Vətən mənə oğul desə nə dərdim...” mövzusunda təşkil edilərək 201 nömrəli orta məktəbdə keçirilmişdir.
Öncə tədbir iştirakçıları məktəbin foyesində vətənpərvərlik mövzusunda hazırlanmış rəsm sərgisi ilə tanış oldular. Sonra tədbir akt zalında məktəbin şagirdləri tərəfindən təşkil edilmiş ədəbi-bədii kompozisiya ilə davam etdirildi.
Kompozisiyanın nümayişindən sonra 201 nömrəli məktəbin direktoru Süsən Salmanova çıxış edərək, vətənpərvərlik hissinin böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının hər zaman təlim-tərbiyə işinin mühüm istiqamətlərindən və təhsil müəssisələrinin vacib vəzifələrindən biri olduğunu söylədi.
Sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və millət vəkili Sədaqət Vəliyeva respublikanın müstəqilliyinin daha da möhkəmlənməsində, gələcəyin etibarlı təminatında, intellektual səviyyəli potensial kadrların yetişməsində, onların aparıcı qüvvəyə çevrilməsində vətənpərvərlik mövzularının önəmli rolu olduğunu və bu kimi tədbirlər sayəsində görülən işlərin  Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verdiyini, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaratdığını diqqətə çatdırdılar.

Keçidlər