Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın işğal olunmuş bütün əraziləri qaytarılmalıdır!

26 oktyabr 2020 | 16:00

Bu gün iqtisadi və siyasi cəhətdən dünya arenasında öz sözünü deyən Azərbaycan Vətən savaşındadır. Əslində bu, bizim mənfur, xain ermənilərə qarşı apardığımız 3-cü savaşımızdır desək, yanılmarıq. 30 ildir işğal altında qalan torpaqlarımızın suyu, havası, münbit şəraiti onları şirnikləndirir, daha da irəli getmək istəyirdilər. Azərbaycanın konservatoriyası olan Şuşada yallı gedərək bizim milli heysiyyətimizə toxunmaq və bizə acıq vermək onların çirkin niyyətindən xəbər verirdi. Öz ağ yalanları ilə dünyanı çaşdıran ermənilərə qarşı mübarizə aparan Azərbaycan çətin və şərəfli bir missiyanı öz çiynində daşımaq məcburiyyətində idi. Azərbaycana qarşı Hitlersayağı, faşist, terror siyasəti aparan Paşinyanları durdurmaq nəinki Azərbaycanı, həm də dünyanı azğınlaşmış, ağlını itirmiş terror dəstəsindən xilas etmək deməkdir.

Azərbaycanın haqq səsini yorulmadan beynəlxalq təşkilatlara, jurnalistlərə çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində demişdir: “Status-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil”.

İndi vəziyyətin dəyişdiyini göstərən cənab İlham Əliyev qeyd etmişdir ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər hücum olunursa nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Azərbaycanın işğal olunmuş bütün əraziləri qaytarılmalıdır!

Dağlıq Qarabağda referendumun heç vaxt olmayacağını vurğulayan cənab Prezident İlham Əliyev bir daha göstərmişdir ki, Azərbaycan bununla heç bir zaman razılaşmayacaq. Əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks-təsir verən yanaşmadır.

Cənab Ali Baş Komandan müsahibəsində qəti olaraq demişdir: “Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək, bundan söhbət gedə bilməz”.

Minsk qrupunun 30 il ərzində heç bir nəticə əldə etmədiyini görən xalqın artıq səbr kasası daşmışdır. Türkiyə de-fakto, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan danışıqlara cəlb olunması Azərbaycan xalqının ürəyindən xəbər verdi. Türkiyə Azərbaycanı mənəvi cəhətdən dəstəkləyir. Azərbaycan tək döyüşür. Mənfur düşmən Azərbaycan haqqında yalnız şaiyələr, əsassız bəyanatlar yaymaqla məşğuldur. Cənab Prezident İlham Əliyev müsahibələrində onu da qeyd etdi ki, bu şaiyələrə son qoyulmalıdır. Azərbaycan özü döyüşür, heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur. Azərbaycanın kiyafət qədər nizami ordusu, əsgər və zabitləri var.

Müdrik və uzaqgörən siyasətçi cənab İlham Əliyev müsahibəsində Yaponiya ilə Azərbaycanın arasında gedən iqtisadi şaxələndirmə proqramına toxunub. Cənab Prezident Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirib.

Böyük idarəçilik təcrübəsinə malik olan xalqının güvən və etimadını qazanan cənab İlham Əliyev regionda hər zaman çıxışlarında sülhün tərəfdarı olduğunu bildirir. Cənab Prezident müsahibəsində qeyd etdi ki, Ermənistan təcavüzə son qoymalıdır. Onlara döyüş meydanında kimin kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün miflərini alt-üst etdik.

Bəli, bu gün xalq: “Qarabağ Azərbacandır!” deyən Ali Baş Komandanına və onun rəşadətli ordusuna güvənir, “Yaşasın Ali Baş Komandan! Eşq olsun Azərbaycan əsgərinə!”-deyir.

Xəlilova Afət
201 nömrəli tam orta məktəbin müəllimi
Keçidlər