Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı qələbələr tarixini yazan Prezident

29 oktyabr 2020 | 16:00

Azərbaycanda dövlətçilik prinsiplərini möhkəmləndirmək, ağır iqtisadi və sosial problemləri həll etmək, yeni islahatlar kursunun miqyasını genişləndirməklə ölkədə sakitliyə və sabitliyə nail olmaq üçün, ilk növbədə, Azərbaycan-Ermənistan münaqişəsini həll etmək ulu öndərin layiqli davamçısı, cənab Prezidentin ən əsas məqsədlərindəndir.

A.Qriboyedov ermənilərin köçürülməsi ilə əlaqədar yazırdı: “Ermənilərin çox hissəsi müsəlman mülkədarların torpaqlarında yerləşdirilmişdir. Yayda hələ buna yol vermək olardı. Çünki torpaq sahibi olan müsəlmanların əksəriyyəti yaylaqda idi və başqa dinə qulluq edən gəlmələrlə az görüşürdülər”.

Uzun illər Azərbaycanın tarixi torpaqları olan Qarabağın geri qaytarılması uğrunda mübarizə aparan Ali Baş Komandan  hakimiyyətə gəldiyi ilk gündən xalqın iradəsinə uyğun olaraq ölkəni idarə etməklə, dünyaya Qarabağın tarixi həqiqətlərini çatdırmaqla yanaşı, sülh yolu ilə torpaqlarımızın geri qaytarılmasına çalışmışdır. Dəfələrlə atəşkəs rejimini pozan erməni mənfurları Qarabağın tarixini saxtalaşdıraraq öz tarixi torpaqları kimi verməyə çalışsalar da, tarixi həqiqətlər Ali Baş Komandan tərəfindən dünyaya bəyan edilməklə haqq səsini ucaldan bu xalqın erməni terroristlərinin Qarabağda, Xocalıda törətdikləri vəhşilikləri faktlarla dünya ictimaiyyətinə çatdıra bilmişdir.

Rusiya imperiyası erməniləri, əsasən, keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində və Borçalıda məskunlaşdırmaq siyasəti yeridirdi. Qısa müddət ərzində bu bölgələrə 130 minə qədər erməni köçürülmüşdür ki, bu cür həqiqətlər ölkə başçımızın böyük siyasətinin nəticəsində dünyaya təqdim edilmişdir. Həqiqətlərin hər biri rus və ermənilərin dilindən yazılan məlumatlar idi ki, bu həqiqətlər Qarabağda ermənilərin süni şəkildə “kök” salmalarının iç üzünü açırdı.

İrəvan xanlığını işğal etmiş rus generalı İ.Paskeviç ermənilərin köçürülüb yerləşdirilməsindən sonra belə, İrəvan bölgəsi əhalisinin dörddə üç hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi. Bu cür etiraflar xalqına qələbə yaşadan, şanlı tariximizə itirilmiş torpaqları geri qaytaran şəxsiyyyət kimi adını yazan İlham Heydər oğlu Əliyev tərəfindən dünyaya bəyan edilmişdir. 

Yaradana şükürlər olsun ki, Qarabağın tarixini silməyə çalışan, torpaqlarımızda qondarma tarix yaratmaq istəyən erməni vandallarının layiqli cavabını mənfur tapdağından bir-bir xilas edən şərəfi və cəsarəti ilə uzun illərdən sonra tariximizə qələbə yazdıran və alınmış torpaqlarımızı geri qaytaran sərkərdə kimi iz qoyan İlham Əliyev “Qarabağ Azərbaycandır!” deyərək dünyaya öz sözünü deyə bildi.

Kəmalə Məmmədova
250 nömrəli tam orta məktəbin müəllimi
Keçidlər