Müzəffər Ordu və güclü diplomatiya – Zəfər yolumuz
Prezident İlham Əliyevin son günlər siyasi gündəmdəki fəaliyyətinə, müxtəlif ölkələrin müxbirləri ilə müsahibələrinə qulaq asanda bir daha aydın olur ki, bizim müharibəmiz yalnız ön cəbhədə deyil. Biz yalnız döyüş bölgəsində canımız, qanımız bahasına döyüşmürük, biz həm də informasiya cəbhəsində, diplomatiya savaşında zəkamız və məntiqimizlə döyüşürürük. Bir tərəfdə Müzəffər Ordumuz, bir tərəfdə İlham Əliyev. Rus, ingilis və türk dillərində sərbəst danışan, yüksək intellektual biliyə malik olan, cəsarətli cavabları ilə qarşı tərəfi susdurmağı bacaran Prezidentimizlə qürur hissi duyuruq. Belə dəyanətli, qətiyyətli dövlət başçımız, güclü ordumuz, qədirbilən xalqımız olduğu üçün özümüzu çox xoşbəxt hiss edirik. Yaxın günlərdə Prezidıntin Fransanın “Figaro” qəzetinin müxbiri ilə müsahibəsinə baxanda bir tərəfdə Ali Baş Komandanımızın qətiyyətli cavablarına sevinirdiksə, bir tərəfdən də haqlı harayımıza susqunluqla baxan soyuqqanlı vicudlara, uşaq ölümünə seyirçi qalan “kör dünyanın” iti qələmlilərinə, haqqdan hüquqdan danışıb bizə gələndə ”lal“olan diplomatlarına, həqiqəti görməzdən gələn “dil pəhləvanlarına” acıdıq. Kifayət qədər yaşı və təcrübəsi olan müxbirin “buz kəsən” sualları yadımıza İkinci dünya müharibəsi illərini saldı... Onda Fransa da Qərbi Avropanın əksər dövlətləri kimi, Hitler Almaniyasının işğalına məruz qalmışdır. 1940-cı ildən 1944-cü ilə qədər. Əsarətin nə demək olduğunu, Vətən itirməyin necə ağır olduğunu fransızlar yaxşı bilməlidirlər. Müharibənin isə necə arzuolunmaz olduğunu hamı yaxşı bilir. Şəhid olmağı, şikəst olmağı da heç kəs istəməz... Nədən bizim öz Vətənimizi azad etmək istəməyimiz Fransız jurnalisti tərəfindən “siyasi məqsəd” hesab edilir? Yəqin fransalı müxbir Əhmədiyyə Cəbrayılovu da unudub. O azərbaycanlı qəhrəman isə Fransada əsir düşərgəsindən qaçıb “Armed Mişel”, yaxud Xarqo ləqəbi ilə partizan hərəkatına qoşularaq, 1944-cü ildə Fransanın Rodzen şəhərinin azad olunmasında iştirak edib. Fəxri Legion ordeni ilə təltif olunub. Paradda generaldan öndə getmək haqqı qazanıb. Ona bu adı verən də, bu haqqı verən də Fransa dövləri olub. Həmçinin Ə.Cəbrayılov digər bir azərbaycanlı D.Abdullayevlə birlikdə “Hərbi Xaç” ordeni ilə də təltif olunub. Belə qəhrəmanlarımız çox olub. Onlar Fransanın azad olunması üçün canlarından keçib. Lakin Fransız müxbiri qərəzli, dolaşıq suallarla beyinləri qarışdırır. Biz bu gün tək Fransadan deyil, bütün dünya birliyindən bir şey istəyirik. Bizim haqq işimizə kölgə salmasınlar. Sentyabrın 27-də Azərbaycana qarşı hərbi hücuma kecən erməni quldurlarına “özgə torpağından çıx desinlər”. Xəyanətkarlara “terrordan əl çək” desinlər”. “Gəncənin, Bərdənin dinc əhalisinin nə gühahı var?” desinlər. İstəyirik ki, dünya bilsin – bizim işimiz haqq işidir, biz nə işğalçı, nə də terrorçuyuk. Bir daha dünya ictimaiyyətinə səslənərək bildiririk ki, ermənilərin cinayət əməllərinə laqeyd qalmasınlar, cəbhə bölgəsindən uzaqda olan dinc əhaliyə qarşı törədilən terrora, uşaq ölümünə səbəb olan nankor ermənilərə layiq olduğu cəzanı versinlər. Xalqımız da, Ordumuz da, Prezidentimizlə birlikdə tezliklə doğma Qarabağımızın azad olacağına, şəhidlərimizin və günahsız mülki əhalinin qisasının alınacağına, ölkəmizdə sülh və əmin-amanlığın bərqərar olacağına inanırıq. Erməni vandallarının viran qoyduğu doğma Vətən torpağı yenidən gülüstana çevriləcək.