Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəman Ordumuz terrorçu Ermənistan dövləti tərəfindən qəsb edilmiş torpaqlarımızı işğaldan azad edir

29 oktyabr 2020 | 16:00

27 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti düşünülmüş, müdrik, kəskin və yerində deyilmiş fikirlərlə yadda qaldı. Bu gün Azərbaycan xalqı hamılıqla möhtərəm Prezidentimiz, cəsarətli Ali Baş Komandanımız,  güvənc yerimiz, ümid işığımız İlham Əliyevin ətrafında sıx birləşib və Qarabağ uğrunda  hər kəs bacardığı kimi mübarizəyə, müharibəyə qalxıb. Bu əsil Vətən müharibəsidir. Qəhrəman Ordumuz terrorçu Ermənistan dövləti tərəfindən qəsb edilmiş torpaqlarımızı işğaldan azad edir... Azad edilən məntəqələrin sayı 160-dan artıqdır. Təxminən 5 ərzində işğal olunmuş torpaqlarımız, 1988-ci ildən bu günə qədər güclü müdafiə-istehkam  sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması müstəqil Azərbaycanın Qüdrətli Ordusunun gücünün göstəricisidir. Bu, həm də Ali Baş Komandan  İlham Əliyevin müdrik siyasətinin nəticəsidir.

Əslində bütün dünyaya məlumdur ki, Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Lakin illərdir ki, erməni lobbisi yanlış, saxtalaşdırılmış məlumatlarla dünya ictimaiyyətinin fikrini yayındırmağa çalışmışdır. Müxtəlif çirkin yollarla istədiklərinə nail olmuş, Qərbi Azərbaycan torpaqlarında – İrəvan xanlığı ərazisində dövlət yaratmış və bu azmış kimi, bütün dünya tərəfindən tanınmış Azərbaycan Respublikasının 20 faiz torpaqlarını işğal etmişdir. Ermənilər özlərinin xas olduğu insanlıqdankənar xüsusiyyətlərini Azərbaycan xalqına məxsus kimi göstərməkdədirlər. Bunların qarşısını almaq, dünya ictimaiyyətinə doğru, düzgün məlumatları çatdırmaq üçün Azərbaycanda son illər ərzində sistemli, planlı şəkildə böyük işlər görülüb. Xüsusilə də Prezidentin beynəlxalq əhəmiyyətli yığıncaqlardakı çıxışları Azərbaycanla – Qarabağla bağlı həqiqətləri bütün dünyaya çatdırmış, ictimai rəyi bizim – ədalətin xeyrinə dəyişmişdir. Əsaslı faktlarla sübut etmişdir ki, etnik tərkibi dəyişmək üçün ermənilər Cənubi Qafqaza sonradan köçürülmüşdür, ona görə də XIX əsrin əvvəllərinə qədər bağlanmış müqavilələrdə ermənilərin adları belə çəkilməmişdir. 1828-ci il Türkmənçay, 1929-cu il Ədirnə müqavilələrindən sonra ermənilər bu torpaqlara kütləvi şəkildə köçürülmüşlər ki, bunu da məlum sənədlər təsdiq edir. Əgər ermənilərin əlində imkan olsaydı, bütün bu sənədləri çoxdan məhv edərdi. Çünki bu sənədlər erməni yalanlarını ifşa edən sənədlərdir.

Münaqişəni həll etmək üçün Minsk Qrupu yaradılıb. Bu qupun işi tamamilə yarıtmazdır. Həmsədr ölkələr məsələni nəinki həll etmədilər, etmək belə istəmədilər. Hansı ki, həll edə bilərdilər, çünki onlar məsələnin ədalətli həllində maraqlı tərəf deyillər. Ermənistan beynəlxalq qərarlara əhəmiyyət belə vermir. Buna görə heç cəzalandırılmırlar da. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirmək məcburiyyətində qalır. Bunun üçün alqışlanmaq əvəzinə, təzyiqlərə məruz qalır. Minsk Qrupunun fəaliyyəti təcavüzkar, terrorçu dövlət olan Ermənistanı xilas etməkdir. Ermənistana silah verirlər, yardımlar edirlər, işğal olunana - Azərbaycana isə dayan, atəşkəs etmək lazımdır, – deyirlər. Atəşkəsdən sonra isə Gəncə, Bərdə, Tərtər və digər ərazilər, dinc əhali – korpələr, uşaqlar, qadınlar, ahıllar ballistik raketlərlə bambalanır. Bu nə deməkdir?! Çox səbir etdik, amma səbrin də bir hüdudu var...

"Görünən kəndə nə bələdçi", – əgər Qarabağ ermənilərin olsaydı oranı xarabalığa çevirməzdi, sərvətini talan etməzdi, cənnətməkan yurdumuzu cəhənnəmə döndərməzdi.

Artıq arzularımız həyata keçir, yuxularımız çin olur. Torpaqlarımız işğaldan azad olur. Bunun üçün Ali Baş Komandan İlham Əliyev başda olmaqla Qüdrətli Ordumuza minnətdardır. Ermənistan isə əl-ayağa düşüb, havadarlarına yalvarır ki, ədaləti susdursun. Amma bu düşündükləri qədər də asan deyil. Əldə olunan qələbələr,  Ali Baş Komandan İlham Əliyevin çıxışları, müsahibələri bunu sübut edir.

Xalqımız Ermənistanın terrorçu, yalançı xislətini pisləyir, cinayətləri üçün beynəlxalq məhkəməyə verilməsini tələb edir. Azərbaycan torpaqlarında törətdiyi qətliamlara, vəhşiliklərə, vandalizmə qarşı qoy Ermənistan dövləti cavab versin!     

 

Məmmədova Nərgiz Abbas qızı
229 nömrəli tam orta məktəbin müəllimi
Keçidlər