Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcək!

29 oktyabr 2020 | 16:00

Hər bir xalq bəşər mədəniyyətinin yaradılmasında müəyyən rol oynamışdır. Ermənistan bəşəriyyətə daim ziyan vurmuş, tarixi prosseslərdə mənfi rol oynamış, daim müsəlman dünyası əleyhinə yeritdiyi siyasətə görə bədnam söhrət qazanmış, uydurma ”Böyük Ermənistan” xülyası ilə fəaliyyət göstərən, xəyanətkar dövlət olmuşdur. Tarix boyu davam edən bu provakativ addım bu günlərdə də dəvam etməkdədir. Erməni millətçiliyi çoxəsrlik dövlətçilik ənənəsinə malik olan Azərbaycan xalqına qarşı təcavüzkar yolunu seçmişdir. Belə ki, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi.

Cənab Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində vurğulamışdır: “Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan Azərbaycana qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və Azərbaycanı, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi”.

Bu gün millətimiz elə bir təcavüzkarla üz-üzə gəlmişdir ki, o, havadarlarına arxalanaraq Azərbaycanın tarixi-mədəni abidələrini və neft-qaz infrastrukturlarını məhv etməyə çalışır. Lakin müzəffər, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı nəticəsində layiq olduğu cavabı verilir.

Dövlət başçısı müsahibədə həmçinin qeyd edir: ”Azərbaycanın infrastruktur layihələrinə yatırdığı sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnmişdir. Əlbəttə ki, hər şey enerji infrastrukturu ilə başladı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Azərbaycan informasiya texnologiyaları  sektoruna böyük sərmayələr yatırır. Azərbaycanda internetdən istifadə təqribən 80 faizdir, yəni, əhalinin 80 faizi internet istifadəçisidir. Bu sahədə çox inkişaf etmiş şirkətlər, özəl şirkətlər var. Onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir”.

Müstəqilliyimizi əldə etdiyimiz dövrlərdən beynəlxalq aləmlə inteqrasiyaya girmək, Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya tanıtmaq, neft və qeyri-neft sektorunu inkişaf etdirmək ilk addımlardan olmuşdur. Bu faktorlara nail olmaq ümummilli lider Heydər Əliyevin səyinin, mübarizəsinin və siyasi nüfuzunun sayəsində mümkünləşmişdir. "Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən bəri Azərbaycanda ən müasir və zəngin neft-qaz infrastrukturu yaradılmışdır. Çoxsaylı tikinti-quraşdırma sahələri, terminal və ixrac kəmərləri, digər obyektlər "Əsrin müqaviləsi”nin və ondan sonrakı sazişlərin reallığa çevrilməsində mühüm rol oynamışdır. Bu infrastruktur hələ uzun illər Azərbaycana xidmət edəcəkdir. Dövlət başçısı İlham Əliyev bildirir ki, neft siyasəti təkcə iqtisadi və enerji amili ilə bağlı deyil. Bu, geniş, geosiyasi gündəliyin böyük bir tərkib hissəsidir. Azərbaycan bu istiqamətdə dünya miqyasında öz rolunu oynayır və bu rol getdikcə artır.

“Azərbaycan bu gün dayanmağa hazırdır. Bunu oktyabrın 10-da Moskvada hər iki tərəf atəşkəslə bağlı razılığa gələndən bəri deyir. Problemin həllinin hərbi hissəsi nə qədər tez qurtarsa, bir o qədər yaxşıdır. Danışıqlar masasına keçmək istəyirik. Oktyabrın 17-də növbəti atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra Ermənistan onu pozdu. Ona görə də, əgər onlar bu gün dayansalar, Azərbaycan dayanar və qalan işlər diplomatlar tərəfindən görülər. Əgər onlar dayanmasalar, Azərbaycan işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcək”.

Ermənilərin terrorçuluq fəaliyyəti nə dünən, nə bu gün başlamışdır. Bu fəaliyyət XIX əsrin sonuncu rübündən etibarən mütəşəkkil qaydada təşkil olunmuşdur. Erməni terrorunun qurbanları, bir qayda olaraq, əhalinin müxtəlif təbəqələri, sivil insanlar olmuşlar. Bu gün də hədəf kimi uşaqları, qadınları, yaşlıları seçiblər. Lakin düşmənə törətdiyi cinayətlərə görə hərb meydanında adekvat cavab verilir və veriləcəkdir də.

 
İsmayılov Orxan Oktay oğlu
Rayon sakini
Keçidlər