Şriftin ölçüsü :

Saytın rəngi :

Başqa ölkələrin arxasında gizlənmək Ermənistanın dövlət siyasətidir

31 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verdi.

İlk sual belə oldu: Cənab Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda əks-hücuma başlamasının dünən düz bir ayı tamam oldu. Siz ötən ayı münaqişənin hərbi-siyasi nizamlanması baxımından necə qiymətləndirirsiniz?

Digər müsahibələrdə olduğu kimi Prezidentimiz, Ali Baş Komandanımız verilən bu və digər suallara tutarlı cavablar verməklə Azərbaycan dövlətinin ədalətli mövqeyini bir daha açıqladı. 

27 sentyabr 2020-ci il tarixdə öz iyrənc və çirkin əməllərindən zövq alan, fürsət düşən kimi təxribatçılıq və fitnəkarlıq hərəkətləri törədən, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən, insanlığa düşmən olan faşist Ermənistanın və quldur erməni silahlı birləşmələrinin növbəti dəfə atəşkəs rejimini pozması, həmçinin, Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" deməsi dolmuş səbir kasasını daşdıran sonuncu damla oldu. Bu hücuma dərhal Ali Baş Komandanımız əks hücum əmrini verdi. Bir andaca, Prezidentimiz başda olmaqla bütün Azərbaycan xalqı  ayağa qalxdı və düşmənin başını əzmək üçün tək yumruq oldu. Azərbaycanda Vətən müharibəsi başlandı. Bu müharibədə   dövlət, ordu, siyasi partiyalar və xalq eyni cəbhədə mübarizə aparır. Prezidentimiz İlham Əliyevin müdrik siyasəti nəticəsində bu möhtəşəm birliyə nail olduq. Doğrudan da güc birlikdədir. Bu birliyə söykənən müzəffər ordumuz döyüş meydanında sözünü deyərək, düşmənin ağır zirehli texnikasına, canlı qüvvəsinə ciddi tələfatlar verərək, bir qismini isə qənimət kimi ələ keçirərək, parlaq qələbələr əldə edərək öz üstünlüyünü sübut etdi. Cəmi bir ay ərzində işğal edilmiş torpaqlarımızın xeyli hissəsi  azad edildi. Bu qələbələr isə Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinə malik olduğunun sübutudur. Müdrik Ali Baş Komandanı, nizam-intizamı, sərrast atəş, cəsarət və döyüş qabiliyyəti olan Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.

Bu üstünlüyə malik olan sülhsevər dövlətimiz, ermənilərin işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən  döyüşləri dayandırmağa hazırdır. Təki qan tökülməsin. Atəşkəs üçün yalvaran Ermənistan isə vaxt qazanmaq üçün atəşkəs pərdəsi altında, hiylə işlətməyə çalışır. Azərbaycan illərdən bəri ermənilərin hiyləgərliyinin, etibarsızlığının şahidi olub. Bunu  Ali Baş Komandanımız çox gözəl bilirdi və bıçaq sümüyə dirənmişdi. Bütün dünyanın gözləri önündə Ermənistan Atəşkəsi 3 dəfə pozdu və Azərbaycanın döyüş meydanından çox-çox aralıda yerləşən şəhərlərinə, mülki insanlara kasetli raketlərlə bombalar yağdırdı. Dəhşətli qətliamlar törədildi. Döyüş meydanında məğlub olduğunu həzm edə bilməyən rəsmi İrəvan hayıfını dinc insanlardan çıxardır. Özlərini yazıq bir millət kimi qələmə verməyə çalışan bu zəhərli ilanların – ermənilərin əsl faşist simaları budur. Beynəlxalq qayda-qanunlarına zidd olan bu siyasət isə bağışlanılmayan hərbi cinayətdir. 

Ermənistan dövlətinin özəyi xarabdır, sağlam ideologiyaya malik deyil. Bu terrorçu dövlətin ideologiyası yaltaqlıq, siyasi əxlaqsızlıq, bütün qeyri-insani xüsusiyyətlərdir. Bu ideologiya isə onların havadarlarının işinə yarıyır. Ermənistan da şərəfsizcəsinə həmin dövlətlərin arxasında gizlənir və bunu "qəhrəmanlıq" hesab edir. Əslində Ermənistan Qafqazın bağrında olan qara yaradır. Cərrahi əməliyyat olmadan bu yara sağalan deyil!  Çünki Ermənistan Qafqazda baş verən bütün münaqişələrin, bədbəxt hadisələrin, soyqırımların, qətliamların həyata keçirilməsinin həm səbəbkarı, həm də birbaşa iştirakçısı olub. Bu gün də həmin mövqeyini dəyişməyib, heç dəyişənə də oxşamır. elə ona görə də bu zəhərli ilanın başı əzilməlidir. Paşinyanın siyasəti elə Ermənistanın özü üçün də böyük bir təhlükədir. O, dərk etməlidir ki, qoşununu işğal etdikləri torpaqlardan qeyri-şərtsiz çıxarmalıdır. Əgər çıxarmasa Prezidentimizin dediyi kimi it kimi qovulacaqlar. Və öz ata-baba torpaqlarından didərgin düşmüş qaçqın və köçkünlər öz yurdlarına qaytarılacaqlar. Münaqişənin ədalətli həlli  belə olmalıdır. Haqq-ədalət öz yerini tapdıqdan sonra isə xarabalığa çevrilmiş torpaqlarımız yenidən birliyimiz sayəsində gülüstana dönəcək.                                                                                                            Ermənistandan fərqli olaraq Azərbaycan həmişə tolerant olub, bu gün də tolerantdır. Xalqımız illərlə başqa millətlər kimi qəlbi xırtlı olan, üzdə ozlərini mələk kimi göstərən ermənilərlə də dinc-yanaşı yaşayıb. Bu gün də yaşamağa hazırdır. Amma əvvəlki illərdən fərqli olaraq çomağı daha əldən yerə qoymaq olmaz! 

Münaqişənin ədalətli həlli üçün  beynəlxalq təşkilatlar da çalışmalıdırlar. Əslində bu məqsədlə yaradılmış Minsk qrupu özünü doğrultmadı. Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələri yerinə yetirmədi. Minsk qrupu seyrici mövqedə dayandı. Bu o deməkdir ki, Ermənistanın mövqeyi həmin qrupun mənafeyinə uyğundur. Azərbaycan bu uyğunsuzluğu aradan qaldırmağa, Ermənistanı yerində oturtmağa məcbur oldu. Azərbaycan öz gücünü ortaya qoydu. Həmsədr ölkələr isə Ermənistana qarşı siyasi təzyiq göstərməli, sanksiyalar tətbiq etməlidirlər.

Bu məsələlərin müsbət həlli regionun sürətli inkişafına səbəb olacaq. Bu inkişafdan nəinki Azərbaycan, həm də digər ölkələr də yararlanacaq. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr ehtiyaclarının müəyyən hissəsini Azərbaycan nefti hesabına təmin edirlər. Əgər neft-qaz kəməri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Regionun inkişafı üçün dövlətlər arasında əməkdaşlıq formatı yaradılıb. Bu əməkdaşlıq tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün  olduqca önəmlidir.

Türkiyə və Rusiya müəyyən sahələrdə qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Bu əməkdaşlıq regional təhlükəsizliyin mühüm amilidir. Bu isə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirəcək.

Sülhməramlıların yerləşdirilməsi məsələsinə gəldikdə, Prezidentimiz İlham Əliyev bu məsələyə öz münasibətini aydın şəkildə bildirib: İşğalın nəticələri aradan qaldırılanda, İşğal edilmiş ərazilər qaytarılanda, qaçqın və köçkünlər öz ata-baba yurdlarına qayıdanda sülhməramlıların göndərilməsi aktuallaşa bilər.

Münaqişənin nizama salınmasında Türkiyənin rolu olmalıdır. Çünki Türkiyə yeganə dövlətdir ki, Cənubi Qafqazın üç ölkəsi ilə həmsərhəddir. Türkiyə həlledici söz sahibidir. Azərbaycana qardaş ölkədir, tamamilə müstəqil xarici siyasət yürüdür.

Azərbaycan münaqişəni təkbaşına həll edir. Ermənistan isə beynəlmiləlləşdirmək üçün təxribatlara əl atsa da, Azərbaycan düzgün siyasi mövqe nümayiş etdirir. Beynəlxalq qanunlar çərçivəsində öz ərazilərini işğaldan azad edir. Ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verilə bilməz. Heç bir məsələ Azərbaycanımızın ərazi bütövlüyünü  poza bilməz. Çünki bu bütövlüyü Dövlət, Ordu və xalq birliyi qoruyur. Bu birliyə eşq olsun!

Qarabağ Azərbaycandır!

Məmmədova Nərgiz Abbas qızı
229 nömrəli tam orta məktəbin tarix müəllimi
Keçidlər