Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı tarixi torpaqlarına qaytarılmalıdır!

31 oktyabr 2020 | 16:00

27 sentyabrdan başlayaraq erməni vandallarının hücumları davam etməkdədir. Lakin Azərbaycan xalqı müharibəni pisləyir. Erməni vandalları isə atəşkəsi pozaraq mülki əhalini və ərazilərimizi raket atəşinə tutur, bu isə körpələrin, qocaların, qadınların ölümünə səbəb olur. Buna baxmayaraq, Ordumuz torpaqlarımızın müdafiəsinə qalxaraq düşmənə tutarlı cavablar verir.
Ali Baş komandanımız cənab İlham Əliyevin və ”Müzəffər” ordumuzun sayəsində torpaqlarımızın böyük bir hissəsi işğaldan azad olunmuşdur.
Prezidentimizin fəal siyasəti bəzi üzdəniraq dövlətlərin xoşuna gəlməsə də, bütün müsahibələrində onları öz savadlı çıxışları ilə məyus edir.
Belə müsahibələrdən biri də “İnterfaks” agentliyinə verdiyi müsahibədir. Mənim “Milli Qəhrəmanım”, öz natiqliyi və biliyi ilə bütün jurnalistlərin suallarına layiqli cavab verir. Ermənilər öz mənfur siyasətlərindən əl çəkmir, bizim mülki əhalini atəşə tutaraq, kasetli raketlərlə yaşayış məntəqələrimizi viran qoyurlar. Üç dəfə atəşkəs olmasına baxmayaraq, ermənilər bütün hallarda atəşkəsi pozurlar. Onların bu vəhşilikləri nəticəsində 69 dinc sakin həlak olub və 300-dən çox adam yaralanıb. Cənab  İlham Əliyevin sözləri ilə desək “bax budur erməni faşizminin siması”. Onlar başqa dövlətlərin arxasında gizlənmək siyasəti aparırlar”. İlham Əliyev qeyd etmişdir ki, Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır. Azərbaycan xalqı tarixi torpaqlarına qaytarılmalıdır. Prezidentimiz müsahibəsində demişdir ki, işğaldan azad olunmuş torpaqlarımızda xüsusi müvəqqəti komendaturalar yaradılacaqdır. Dəymiş ziyan hesablanmalıdır. Eyni zamanda, Azərbaycan xalqı öz tolerantlıq ənənələrinə sadiqdir. 200 ildir ki, ermənilər bizim torpaqlarımızda yaşayırlar. Beynəlxalq təşkilatlar münaqişələrin həllində ədalətli mövqe tutmalıdırlar. Lakin Minsk qrupunun fəaliyyətsizliyi bir daha hiss edilməkdədir. Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir. Cənab Prezident söyləmişdir: ”Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr ehtiyaclarının təxminən 40-50%-ni Azərbaycan nefti hesabına təmin edirlər. Rusiya, İran, Türkiyə və Azərbaycan arasında həm iqtisadi, həm də ikitərəfli formatda fəal əməkdaşlıq imkanları yaranıb”. Cənab Prezidentimiz münaqişənin həllində Qardaş Türkiyənin də rolunun əvəzedilməzliyini bildirib.
Azərbaycan tezliklə öz torpaqlarını azad edəcək. Qarabağ Azərbaycandır!

Keçidlər