Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan həmişə sülh planına sadiq olub

05 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabr ayının 2-də Almaniyanın ARD televiziya kanalına müsahibə vermişdir. Cənab Prezident təxribatın kim tərəfindən başladığını, kimin günahkar olduğunu əsaslı faktlarla sübut etmiş, Ermənistanın necə riyakar siyasət yeritdiyini ətraflı izah etmişdir. Bunun ən gözəl nümunəsi ermənilərin 3 dəfə atəşkəsi  pozmasıdır. Azərbaycan tərəfi isə həmişə sülhə sadiq olmuşdur. Bizim 30 ilə yaxın bir müddətdə sülh danışıqlarına sadiq olmağımız bunu göstərir. Əslində bizim bu gün həyata keçirdiyimiz əks-həmlə əməliyyatı da elə sülhü təmin etmək üçündür. Cənab Prezidentin də vurğuladığı kimi, əgər Ermənistan tərəfinin işğalçılıq hərəkətlərinə son qoyulsa, regionda uzun müddətli sülh təmin olunacaqdır. Bu isə bölgənin inkişafı üçün əsas şərtdir. Biz bunu mütləq həyata keçirəcəyik. Biz BMT-nin 27 il kağız üzərində qalan qətnamələrini həyata keçiririk . Bu da Azərbaycanın nə qədər güclü dövlət olduğunu göstərir. Bütün beynəlxalq təzyiqlərə baxmayaraq, bu haqlı davamızı sona qədər davam etdirəcəyik. İstənilən halda torpaqlarımızı azad edəcəyik . Lakin Azərbaycan bu münaqişəyə hər hansı 3-cü ölkənin cəlb olunmasını istəmir. Cənab Prezidentin də qeyd etdiyi kimi Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir. Avropa ölkələrinin Beynəlxalq hüquqla tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Qarabağ  da Azərbaycan üçün o qədər mühümdür.

Müharibə başlayandan bəri, Ermənistan müxtəlif yalanlar uyduraraq dünya ictimaiyyətini aldatmağa çalışır. Cənab Prezident hər müsahibəsində bu yalanları təkzib edir. Yəni, biz bu gün həm cəbhədə, həm də informasiya sahəsində mübarizə aparırıq. Hər iki cəbhədə bizim mübarizəmizə cənab Prezident başçılıq edir. Biz də onun rəhbərliyi altında  hər iki cəbhədə qalib gəlirik və gələcəyik də. Biz buna inanırıq. Qələbə bizimlədir. Qarabağ Azərbaycandır!

 

İlqar Əliyev,
229 №-li tam orta məktəbin müəllimi
Keçidlər