Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində əldə edilmiş qələbənin nəticəsi olan üçtərəfli bəyanat

16 noyabr 2020 | 16:00

Ordumuzun ermənillərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illlik həsrətinə 44 gündə son qoydu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs qarabağlı oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Xalqımızın ölməkdə olan ümidləri bir qıığılcıımdan alov aldı.

Yaşanan adi bir günlərdən biri olan 27 sentyabr indi tarixdir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi... Dalbadal gələn xoş cəbhə xəbərləri ümidlərimizi daha da artırdı. Xalqımıza məxsus olan milli qürur, əyilməzlik kimi keyfiyyətlər tüğyana gəldi.

Ordumuzun zəfər yürüşləri xalqımıza qol-qanad verdi. Erməni xainləri ordumuzun bu rəşadətli hünəri qarşısında diz çökdü. Yalan və hiylə ilə qurulan qondarma rejim özünün çürüklüyünü və iflasa uğradığını etiraf etdi.

Dünyanı öz çirkin, bəd əməlləri ilə əsas həqiqətlərdən yayındırmaq istəyən xain düşmən ilahi həqiqəti aldada bilmədi. Otuz il bundan əvvəl ayaqyalın evindən, doğma yurd-yuvasından didərgin saldıqları insanların taleyini bu gün özləri yaşadılar.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev həm siyasi, həm də müharibə meydanında qələbə çaldı. Qədim oğuz türklərinə məxsus olan kişilik və mərdlik, basdığına aman vermək, ona rəhm etmək, yol vermək kimi mərdanə xüsusuiyyətlər, əlbəttə ki, yalnız mərd insanlara yaraşır. Bizim Prezidentimiz də ermənilərin 30 il bundan əvvəl etdiklərini edə bilərdi. Amma Prezidentimiz öz çıxışında: “Mən Paşıınyanı daha da alçalda bilərdim, gətirdib aşağıda oturdub bəyanatı hamının gözu qarşısında imzaladardım, amma mən bunu etmədim, çünki alçaldılmış adamı daha artıq alçaltmadım. Mən belə adam deyiləm”.

Bəli, bu bizim xalqımızın bir daha necə əzəmətli və böyük olduğunu sübut edir.

Biz inanırıq ki, qazandığımız qələbələr daimi olacaq. Xalqımızın milli birliyi heç zaman sarsıılmayacaq. Bu ümid, bu inam bizi daha böyük zəfərlərə aparacaq!

 Hacıyeva Tovus
61 nömrəli məktəbin müəllimi
Keçidlər