Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi Qarabağ zəfərimiz

16 noyabr 2020 | 16:00

Azərbaycan xalqı əsrlər boyu azadlığa qovuşmaq, müstəqil dövlət qurmaq uğrunda daim mübarizə aparmışdır. Xalqın qəlbində əsrlər boyu silinməz iz qoymuş,onu mübarizə ruhunda kökləmiş milli dövlətçilik prinsiplərinin gerçəkliyə qovuşması, ilk növbədə, xalqın əzmi,azadlıq arzusu, milli lider amili ilə şərtlənmişdir. Düşmən tapdağı altında qalan torpaqlarımız o azadlıq duyğusunu ürəyimizcə yaşamağa imkan vermədi. Həmvətənlərimiz doğma yurd-yuvalarından  məcburi şəkildə köçürüldü, məhv edildi, əsir götürüldü.

Azərbaycanda məcburi köçkünlər məktəblərdə, xəstəxanalarda, uşaq bağçalarında, kitabxanalarda və s. yerlərdə yerləşdirildi.

Bu yerlərin müvəqqəti sığınacaq olacağına ümid edilirdi, ancaq 30 ildən artıqdır ki, bu qeyri-yaşayış obyektlərinin bir çoxu daimi yaşayış yerinə çevrilib.

Qacqınlardan biri deyir ki, onu ayaq üstə tutan bir gün evlərinə qayıtmaq ümididir.

"Biz xarici ölkədə deyilik, Şamaxı da bizimdir, lakin Kəlbəcər bizim ana vətənimizdir. Biz çox şey itirdik, amma bir gün Kəlbəcəri yenidən görəcəyəmsə, bütün bunlara dözməyə dəyər".

44 günlük müharibədən sonra qələbə çalan Azərbaycan bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı starateji yüksəkləri düşmən işğalından xilas edib. Bu qələbə Ali  Baş Komandan İlham Əliyevin iradəsi, Azərbaycan Ordusunun rəşadəti və ruh yüksəkliyi hesabına qazanılıb. Mübaribə dövründə xalqımız ordu ilə birlikdə oldu. Müharibəni başladan,yeni ərazi iddiaları irəli sürən Ermənistan heç bir danışıqlarda iştirak etmək niyyətində deyildi. Gedən döyüşlərdə ordumuzun hərbi-texniki  üstünlüyü və döyüş nizam-intizamı onları təslim olmağa vadar etdi.

 Ordu mövzusu, ordunun yaranması, formalaşması üçün bizim əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qüdrətli dövlətə çevrilməsinin əsas atributunu və amilini onun silahlı qüvvələrinin müasir tələblərə cavab verəcək səviyyədə qurulmasında görürdü.

Vətənpərvər oğullardan təşkil olunan müzəffər ordumuz cəsarəti, qəhrəmanlığı ilə öz sözünü dedi. Ordumuz strateji önəmə malik Murovdağ zirvəsini ələ keçirdi. Bu, ordumuza mühüm nəqliyyat yollarını izləmək imkanı verdi.

Düşmən tərəf ölkəmizin müxtəlif bölgələrini sərhəddən atəşə tutmaqla Azərbaycanın Qarabağla əlaqəsi olmayan Ermənistana raket atmasını bəhanə etmək istədi. Rus jurnalistlərinin fikrincə, Azərbaycan 1949-cu il Cenevrə Konvensiyasına sadiq qalıb mətanət göstərməklə böyük əzm nümunəsi nümayiş etdirdi.

8 noyabrda strateji yüksəklik olan,Qarabağın mərkəzində yerləşən Şuşa şəhərinin  işğaldan azad olunması müharibənin taleyini həll etdi.

10 noyabr 2020-ci ildə imzalanan müqavilə ilə düşmən Ağdamı,Laçını,Kəlbəcəri siyasi yolla qaytarmalı oldu. Müharibə dövründən sülhə qədər Türkiyə və Pakistan yanımızda oldu. Azərbaycan bir sıra dövlətlər tərəfindən təzyiqlərə məruz qaldı.Vətənimiz  öz iqtisadi gücünü dünyaya nümayiş etdirdi.Azərbaycan sübut etdi ki,iqtisadi cəhətdən heç kəsdən asılı deyil. Indi isə xalqımız otuz ildir həsrətlə gözlədiyi torpaqlarına qayıtmağa hazırlaşır. Bu qələbəyə görə xalqımız sənə borcludur, Azərbaycan əsgəri…

 

Xanım Qasımova
220 saylı məktəb-liseyin müəllimi
Keçidlər