Ağdam zəfəri
Tarixən dövlətçilik ənənəsi olmayan, dünya elminə, mədəniyyətinə heç bir töhfə verməyən ermənilər əsasən Azərbaycanın tarixi torpaqları hesabına XX əsrdə dövlət yaratmış, növbəti 100 il ərzində isə Azərbaycana, Türkiyəyə və digər qonşu dövlətlərə ərazi iddiaları edərək “Böyük Ermənistan” yaratmaq xülyasına düşmüşlər. Ötən əsrin 90-cı illərində öz havadarları hesabına Azərbaycanın Qarabağ bölgəsini və ətraf rayonları işğal etmiş, 30 ilə yaxın danışıqlar aparmaq adı ilə bu torpaqları de-fakto nəzarətdə saxlayaraq viran etmişlər. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin şərtlərinə nə Ermənistan tərəfindən əməl edilmiş, nə də sözdə məsələnin həlli ilə məşğul olan, əslində isə hərəkətsizliyi ilə işğalın davam etməsinə şərait yaratmış ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistana təzyiq göstərmişlər. BMT Təhlükəsizlik Şurası öz nüfuzundan istifadə edərək qəbul etdiyi qətnaməyə əməl edilməsinə nail ola bilməmişdir.
Torpaqlarımızın işğalı ilə Azərbaycan xalqı və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev barışa bilməzdi. Məhz cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün ərzində Müzəffər Ordumuz Ermənistan ordusunu diz çökdürdü. İşğal altında olan 4 rayonun və Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra Ermənistanın baş naziri Paşinyan cənab Prezidentimiz İlham Əliyevin irəli sürdüyü bütün şərtləri qəbul edərək, işğal altında olan digər ərazilərimizin qaytarılması üçün qrafik verdi.
Ermənistanın qrafiklə təhvil verdiyi ilk rayon Ağdam oldu. Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli Bəyanat Azərbaycanın Qələbəsi, torpaqlarımızın qayıtması, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad etmişdir. Lakin Ermənistan könüllü olaraq torpaqlarımızı təhvil vermək istəməzdi. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Azərbaycanın Müzəffər Ali baş Komandanı İlham Əliyev Ermənistanı BMT-nin qətnamələrinə əməl etməyə yumruqla məcbur etmişdir. İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu. Ermənistan işğalçılıq siyasəti ilə nə qazandı?
İşğalçlıq siyasəti Ermənistanı uçuruma apardı. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Prezident İlham Əliyevin “Ermənistan faktiki olaraq müstəmləkədir”, sözlərini dünya ictimaiyyəti qəbul edir.
Bu günlərdə xalqımız, o cümlədən ağdamlılar sevinc içərisindədir. Xalqımız zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsini bayram edir.
Bir az da Ağdam haqqında:
İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 min nəfərdir.
Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. Yalnız Birinci Qarabağ müharibəsində 6 mindən çox ağdamlı şəhid olmuş, 16 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür.
Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və s. onlarla görkəmli şəxsiyyət bəxş etmişdir.
Ağdamın tanınmasında “Qarabağ” FK-nın ölkəmizi UEFA Çempionlar Liqası və Avropa Liqasında layiqli təmsil etməsinin də rolu olub. Avropa mediası Ağdamı “Ruhlar şəhəri” kimi “Qarabağ” klubu sayəsində tanıyıb.
Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Prezident İlham Əliyev bildirmişdir: “İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik.”
Xalqımız cənab Prezidentə inanaraq və ətrafında sıx birləşərək Böyük Qəlbəyə nail oldu. İlham Əliyev bu birliyi belə qiymətləndirmişdir: “Azərbaycanın gücü milli birlikdədir”.
Ağdam bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!