Sən qayıtdın, Ağdam!
Ağdam rayonunun işgaldan azad olunduğu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu çox böyük tarixi hadisədir.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Hər bir sahədə Vətənimizin qabaqcıl guşəsi olan Ağdamın böyük bir hissəsi 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur.
Ağdam rayonunun işğaldan azad olunması 10.11.2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Bu, Azərbaycanın böyük qələbəsidir. Azərbaycan heç bir hərbi əməliyyat keçirmədən, qan tökmədən Ağdam rayonunu işğaldan azad etdi. Bu, hər bir Azərbaycan vətəndaşının, ağdamlının arzusu idi.
Ağdamın böyük hissəsinin düşmən tərəfindən işğal olunmasına baxmayaraq, rayonun Azərbaycan dövlətinin nəzaratində olan hissəsində böyük abadlıq və quruculuq işləri aparılmışdır.
2014-cü il 6 avqustda Prezident İlham Əliyev Ağdamda başa çatmış quruculuq və abadlıq işlərindən sonra ağdamlılara müraciət etmişdir.
Cənab Prezidentimizin müraciəti: “Əziz dostlar! Mən sizi ürəkdən salamlayıram.Ağdam rayonunda yeni qəsəbə istifadəyə verilir. Çox gözəl qəsəbədir. Burada ağdamlılar yaşayacaqlar. Bütün şərait yaradılıb.
Mənzillər, uşaq bağçası, tibb məntəqəsi, yollar-lazımi infrastruktur yaradılıbdır ki, insanlar burada rahat yaşasınlar. Bundan sonra, insanlar burada çox rahat yaşayacaqlar. Ancaq, əlbəttə, hər bir məcburi köçkün bir arzu ilə yaşayır ki, öz doğma kəndlərinə, şəhərlərinə qayıtsın. Əminəm ki, o gün gələcək və o günü yaxınlaşdırmaq üçün biz əlimizdən gələni edirik. Biz Qarabağı, o cümlədən Ağdamı geri alacağıq. Bizim ərazi bütövlüyümüz bərpa olunacaq”.
O gün gəlib çatdı. 20.11.2020-ci il tarixində işğaldan azad edilən Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ağdam rayonunun mərkəzində Azərbaycan Dövlət Bayrağı ucaldılıb, Dövlət Himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.
Rayon ərazisi həm mədəni, həm də iqtisadi sahədə yenə öz sözünü deyəcək və xalqımıza yeni töhfələr verəcəkdir. Ağdam Azərbaycan elminə, mədəniyyətinə yeni xanəndələr, alimlər, akademiklər, yazarlar bəxş etməyə davam edəcəkdir.
Rayon ərazisi bitkiçilik və heyvandarlıq üzrə fermer təsərrüfatlarının yaradılması, sənayenin formalaşdırılması, müalicəvi və idman turizminin inkişafı istiqamətində geniş imkanlara malikdir.
Ağdam rayonu ticarət mərkəzinin də inkişaf etdirilməsi və formalaşdırılması üçün böyük unikal imkanlara malikdir. Rayon ərazisi tikinti materiallarının istehsalına görə də irəlidə idi. Şahbulaq yüksəkliyində daş karxanasının bərpası bu sahədə bir canlanma olacaq. Düşmən tərəfindən dağıdılmış ərazilərimizin bərpa olunmasında bu daş karxanası böyük rol oynayacaq.
Ağdam yeyinti məhsullarının istehsalına, kənd təsərrüfatına malik rayondur. Burada tərəvəz, dənli bitkilər, şəkər çuğunduru istehsalı əsas yer tuturdu. Bundan başqa, pambıqçılıq, üzümçülük də inkişaf etmişdir.
Ağdam musiqi məktəbi Vətənmizin hüdudlarından kənarda da tanınırdı. Bu məktəb bir çox məşhur xanəndələr və musiqiçilər yetişdirmişdir.
Həm mədəni, həm iqtisadi, həm də coğrafi baxımdan əlverisli olan bu torpaq həmişə düşmənlərin diqqətini cəlb edib. Buna görə də mənfur erməni xalqı qanunsuz olaraq bizim ərazilərimizi, o cümlədən Ağdam şəhərini öz iyrənc əməlləri üçün işgal etmişdilər.Onların silahlı hücumu nəticəsində yüz minlərlə insan öz yurd-yuvasından didərgin düşmüşdür. Yüzlərlə əliyalın, silahsız vətəndaşlarımız - günahsız körpələr, qadınlar, qocalar düşmən tərəfindən məhv edilmiş, soyqırıma məruz qalmışlar. İşgal altında olan ərazilərdə bütün sərvətlərimiz istismar olunub, talanıb .Düşmən hər şeyi özününküləşdirərək iyrənc əməllərindən qalmamışdır.
Burada olan mədəniyyət ocaqları, muzeylər,tarixi abidələr də məhv edilmiş ,dağıdılmış və qədim tarixə malik olan qiymətli əşyalar ölkəmizdən çıxarılmışdır.
Bütün bu ağrı-acılar xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
Dövlətimizin apardığı uğurlu siyasət nəticəsində ermənilər məğlub edilərək işğal etdikləri ərazilərimizdən cıxarılırlar. Bu uzaqgörən siyasətin nəticəsi olaraq Ağdam işğaldan azad edildi.
Bu münasibətlə ağdamlıları təbrik edən Prezidenti İlham Əliyev dedi : - “Əziz ağdamlılar, Sizi təbrik edirəm! Ağdam geri qayıtdı! Siz artıq məcburi köçkün deyilsiniz! Gözümüz aydın olsun!”
Düşmən Ağdamdan çıxsa da, oranı təmiz talayıb, dağıdıb gediblər. Hətta meşələri də, təbiəti də məhv ediblər. Bu da düşmənin necə aciz və amansız olmasını göstərir.Düşmən meşələri qıra bilər, təbiəti məhv edə bilər, ancaq Azərbaycan xalqının əqidəsini məhv edə, mənəviyyatını qıra bilməz. Azərbaycan xalqı çox güclü xalqdır. Biz bütün şəhərlərimizi, kəndlərimizi, tarixi və mədəni abidələrimizi bərpa edəcəyik, yenidən quracağıq. Azərbaycan canını vətənə qurban edən qəhrəman şəhidləri, mərd oğulları sayəsində ərazi bütövlüyünü bərpa edərək yenə də inkisaf edəcək. Düşmənin işğal niyyəti ürəyində qalacaq. Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Allah şəhidlərimizə rəhmət etsin!
Milli Ordumuzu var olsun! Yaşasın Ali Baş Komandan! Yaşasın yenilməz Azərbaycan xalqı!
Ağdam bizdədir, Ağdam bizimdir, Qarabağ Azərbaycandır!