Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gün

25 noyabr 2020 | 16:00

2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gün. Bu  tarix xalqımız üçün qürur günüdür. Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Torpaqlarımız düşmən tapdağından azad edilib. Bu  gözəl  anlar üçün Ali Baş Komandana  təşəkkür edirik. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı  onun ətrafında  bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan  qovdu.

Ağdam rayonunun böyük hissəsi 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir.  Prezident  İlham  Əliyev  bu  münasibətlə demişdir ki, biz  tarix  yazırıq, yeni  tarix. Xalqımızın, ölkəmizin  yeni  şanlı tarixini  yazırıq. Bu, Zəfər  tarixidir.

Ağdamlılar həm birinci, həm də ikinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuş və çoxlu şəhidlər vermişlər. Bütün şəhidlərimizə Allah  rəhmət etsin, Azərbaycan xalqı həmişə onların xatirəsini əziz  tutacaq.

Azərbaycan erməni  vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlardan  istifadə edəcək. Ağdam  bərpa  edilərək Azərbaycanın  ən  gözəl şəhərləri sırasında  olacaq. Bİz buna əminik. Prezident İlham Əjiyev demişdir:  “İndi  Ağdam üçün yeni dövr başlayır. Bizim  böyük  planlarımız  var. Biz  bu  torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”.

Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, iqtisadiyyatın yüksək inkişaf  etdiyi  rayonlardan birinə çevriləcək.

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ağdam rayonuna getmişlər. Onlar  Ağdam məscidini ziyarət etmişlər. Prezident Məkkədən gətirdiyi ‘’Qurani-Kərim’’i Ağdam məscidinə  bağışlamışdır. Biz təkcə torpaqlarımıza deyil, həm də  dəyərlərimizə qayıdırıq.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada  qalmışdır.

Azərbaycan  Prezidenti beynəlxalq vəziyyəti düzgün təhlil edərək ölkənin güclənməsi yolunda ardıcıl addımlar atmış, lazım olan anda düşməni məğlub etmək  üçün  tədbirlər  hazırlamışdır.

Dövlət başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, Ermənistan - Azərbaycan  Dağlıq  Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla  mümkündür.

Ağdamın azad  edilməsinə səbəb olan İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandanı, ordumuzu, xalqımızı Allah  qorusun.

Azərbaycanda daim sulh, əmin-amanlıq olsun, təhlükəsizlik hökm sürsün. 

İlqar Tahir oğlu Əliyev
229 nömrəli tam orta məktəbin müəllimi

Keçidlər