Şriftin ölçüsü :

Saytın rəngi :

Otuz illik həsrətin sonu

12 dekabr 2020 | 16:00

10 dekabr  Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi.  Bu möhtəşəm paradı  izləmək hər bir azərbaycanlı üçün qürurvericidir. Bu  qürur Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmin yerişindən, vüqarlı baxışından da görünürdü. Adından da göründüyü kimi, “Dəmir yumruq” əməliyyatı  düşmənin başına endirilmiş son zərbə oldu. 44 günlük müharibə təkcə hərbçilərimizi deyil, bütün Azərbaycanı uşaqdan-qocaya  Prezidentimizin ətrafında birləşdirdi, çünki bu arzu, bu istək bütün azərbaycanlıların ümumi istək, ümumi ağrısı idi. Biz bu zəfər törənində yalnız deyildik. Bu 44 günlük müharibənin ilk günündən çiynimizdə qardaş əli olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da yanımızda idi. 

30 illik diplomatik əlaqələrə cəhd edən Azərbaycan yalnız beynəlxalq hüquq və prinsiplərin  kobud pozulması ilə qarşılaşırdı. Məhz buna görə  də müharibə qaçılmaz idi. Çıxış yolunu yalnız “Dəmir yumruq”da görən Azərbaycan Prezidenti əsgərinə, hərbçisinə, millətinə inanaraq yola çıxdı.

Zəfər paradında 3000 nəfərdən artıq  şəxsi heyətin, 150-dək hərbi texnikanın, müasir hərbi texnikanın, raket və artilleriya qurğularının nümayişi vətənpərvər insanlarımızda qürur hissi yaradırdı. Həmçinin düşməndən ələ keçirilmiş hərbi qənimətlərin nümayiş etdirilməsi 30 illik qəlbimizdəki qalanan alova su səpmiş oldu.


Zabikə Həsənova,
70 nömrəli məktəb-liseyin müəllimi
Keçidlər