Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan həm hərbi, həm də siyasi sahədə üstün mövqe qazanmışdır

14 yanvar 2021 | 16:00

11 yanvar 2021-ci ildə Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Azərbaycanla Ermənistan arasında II Qarabağ Müharibəsi 27 sentyabr 2020-ci ildə başlamış, 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistanın dövlət başçılarının üçtərəfli bəyanatı ilə başa çatmışdır. 10 noyabr 2020-ci ildə qəbul edilmiş üçtərəfli bəyanat videoformat şəklində imzalanmışdır. Bu 44 günlük II Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistanın dövlət başçıları arasında ilk görüş olmuşdur.

Görüşdə 10 noyabr 2020-ci ildə Dağlıq Qarabağa aid imzalanmış üçtərəfli bəyanatın həyata keçirilməsi, Dağlıq Qarabağda təhlükəsizliyin təmin olunması müzakirə olunmuşdur.

Prezident İlham Əliyev bu görüşü önəmli hesab etdiyini bildirərək, 10 noyabr 2020-ci il tarixli bəyanatın uğurla yerinə yetirildiyini qeyd etmişdir. Rusiya Prezidenti Vladimir Putin üçtərəfli razılaşmalara görə Azərbaycan Prezidentinə minnətdarlıq etmişdir.

Görüşdə Dağlıq Qarabağda vəziyyətin inkişafına dair birgə bəyanat imzalanmışdır. Bununla da 10 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndinin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur. 9-cu bəndin şərtlərinə əsasən Dağlıq Qarabağdakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması nəzərdə tutulur və buna görə də üçtərəfli işçi qrupun yaradılması qərara alınmışdır.

Qeyd etmək lazımdır ki, bu görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmamışdır. Azərbaycan həm hərbi, həm də siyasi sahədə üstün mövqe qazanmışdır.

Bu görüşdə Azərbaycanın öz milli maraqlarını sona qədər müdafiə etdiyi, 10 noyabr 2020-ci il tarixli razılaşmanın əksinə heç bir şərt qəbul etmədiyi təsdiqlənmişdir.

 

Aidə Kərimiva
129 №-li tam orta məktəbin müəllimi

 

Keçidlər