Şriftin ölçüsü :

Saytın rəngi :

Yerli istehsal canlanır, yeni iş yeri yaradılır və iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir

19 yanvar 2021 | 16:00

Sənayeləşmə və qeyri-neft sahəsinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə hələ regionların inkişafına dair ilk dövlət proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi seçilmişdi. Bu siyasət sonrakı illər də davam etdirilmiş, 2014-cü  il Azərbaycanda “sənaye ili” elan edilmişdi.

Son 17 il ərzində ölkədə yüzlərlə müxtəlif sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni “sulfat turşusu istehsalı” zavodunun fəaliyyətə başlaması, Sumqayıtda şüşə tara məhsullarının və vərəqə şüşənin istehsalı ilə idxal yerli istehsalla əvəz olunacaq. Yeni müəssisələrin yaradılması Sumqayıt şəhərinin inkişafında böyük rol oynayacaq.    

Sumqayıt Cənubi Qafqazın 2-ci ən böyük sənaye şəhəridir. Son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığın azaldılması sayəsində Azərbaycanın valyuta ehtiyatları az da olsa, artıb.

Prezident xəbərdarlıq edərək bildirib ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsilzik ucbatından baş verir. Azad olunmuş torpaqlarda qurulacaq inkişaf modeli bütün Azərbaycana transfer ediləcək, mövcud qüsurlar aradan qaldırılacaq və ölkəmizin uğurlu inkişafı təmin ediləcək.

Prezident postmüharibə dövrü üçün müəyyən etdiyi yeni hədəfləri qeyd edərək bildirib ki, azad olunmuş torpaqların bərpası dövlət siyasətində xüsusi yer tutur, bu torpaqlarda çox böyük potensiallar vardır, odur ki, bu bölgələr növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Azad olunmuş bölgələrdə mövcud vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalı, şəhərsalma, dövlət orqanlarının funksiyaları planlı şəkildə təmin edilməlidir.

Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühiti, siyasi sabitlik, xalq iqtidar birliyi, təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, peşəkar kadrlar, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var.  

Ümid edirik ki, tezliklə Ermənistanda da bizimlə heç bir problemlərinin olmadıqlarını deyəcəklər. Biz sadəcə ozümüzü müdafiə edərək, işğalçıları torpaqlardan qovmuşuq. 2021-ci il artıq qələbələrlə başlayır.

Keçidlər