Şriftin ölçüsü :

Saytın rəngi :

Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir

21 yanvar 2021 | 16:00

2020-ci il Sumqayıt  və Sumqayıtlılar üçün də həyəcan, intizar nəhayət Qələbə ili oldu. Onlarda şəhidinə qucaq açdı, göz yaşları və tər qərənfillərlə  şəhid məzarlarını  “bəzədi, qazisinin yaralarına  məlhəm olmağa çalışdı. Mübarizəmizin haqq işi olduğu üçün bu yolda heç nəyi əsirgəmədi... Böyük Vətən Müharibəsinin Qələbəsindən qürurlandı... 30 illik işğala 44 gündə son qoyan müzəffər ordumuzun möhtəşəm  Zəfər paradını sevinclə seyr etdi... Böyük qayıdışa öz  töhfəsini vermək üçün  yeni imkanlar axtarmağa çalışdı...

Ərazisi 83 kv.km, əhalisi 300 mindən yuxarı olan Sumqayıt şəhəri ölkənin ikinci ən böyük sənaye mərkəzidir. Bir zamanlar “Gənclik şəhəri” adlanan Sumqayıt 1949-cu ildə şəhər statusu alıb. Şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər  olub. Ötən il isə şəhərin 70 illik yubileyi təntənə ilə qeyd edilib. Bu barədə Prezident İlham Əliyevin xüsusi sərəncamı olub.

Sərəncamda bildirilir ki, zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilən, iri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması nəticəsində mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər  sahələrdə tərəqqisinə güclü təkan verilən Sumqayıt şəhəri müstəqilliyimizin bərpası ilə öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Ümummilli liderimiz Heydər Əliyev siyasi kursuna daim sadiqlik nümayiş etdirən, milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı nailiyyətləri ilə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndiril məsi naminə töhfələr verir.

Ölkəmizdə bütün sahələrdə aparılan irimiqyaslı iqtisadi islahatlar, qazanılan uğurlar gənclik şəhəri Sumqayıtın da hərtərəfli və dinamik inkişafına geniş imkanlar yaradıb. Şəhər sakinlərinin bütün təbəqələrinin rifah halının yaxşılaşdırılmasına, sosial problemlərin həllinə, infrastrukturun təkmilləşdirilməsinə yönəldilən bütün layihələr Prezident İlham Əliyevin Sumqayıta olan xüsusi diqqət və qayğısı nəticəsində öz həllini tapıb və bu istiqamətdə bir çox işlər uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sumqayıta növbəti səfəri şəhər üçün əlamətdar olub. Ölkə başçısı Sumqayıtlıları qələbə münasibəti ilə təbrik edib. Qarşıda dayanan böyük quruculuq işlərindən bəhs edib. Xüsusi ilə qeyd edib ki, sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı  iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir.

Bu məqsədlə hələ regionların inkişafına dair ilk dövlət proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi seçilmişdi. Bu siyasət sonrakı illər də davam etdirilmiş, 2014-cü  il Azərbaycanda “sənaye ili” elan edilmişdi.

Qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.

Son 17 il ərzində ölkədə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib.

Yerli istehsal canlanır, yeni iş yeri yaradılır və iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir. Bu isə insanların rifahının yüksəlməsinə səbəb olur.

Yeni “sulfat turşusu istehsalı” zavodunun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq, məhsulları Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.

Yeni müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının həm ölkə, həm də Sumqayıt şəhərinin inkişafı üçün çox böyük əhəmiyyəti var. Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir.

Son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir.

Sumqayıt həm memarlıq, həm də ekoloji baxımdan gözəl şəhərdir, havası təmizdir, gözəl bulvarı və bu bulvar öz memarlıq üslubu və görünüşü ilə də diqqəti cəlb edir.  Prezident İlham Əliyev Sovet hakimiyyəti illərində Sumqayıtın “Qara şəhər” adlandırılmasını. onun bərbad ekologiyaya malik olmasını da xatırlatdı

Sovet vaxtı tikilmiş və istismar müddətini başa vurmuş çoxsaylı müəssisələrin yerində 10 il bundan əvvəl 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır.

Qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığın azalması sayəsində Azərbaycanın  valyuta ehtiyatları az da olsa, artıb.

2020-ci ildə Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub. ölkəmizin öz yüksək inkişaf dinamikasını və bu sahədə dünyada liderlik mövqeyini qoruyub saxlamasında digər regionlarla yanaşı, Sumqayıtın da özünəməxsus rolu olub. Sumqayıtlılar son illərdə nəzərdə tutulan işləri əzmlə başa vuraraq, şəhər iqtisadiyyatının yüksələn xətt üzrə inkişafını təmin ediblər. Bundan sonra da dinc quruculuq dövründə qarşıda duran əsas məsələlərin həllinə öz layiqli töhfələrini verəcəklər. Azad olunmuş bölgələr növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək.

Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı Prezidentin ideyaları yaxın zamanlarda həyata keçiriləcək.

Azad olunmuş bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalı, şəhərsalma, dövlət orqanlarının funksiyaları planlı şəkildə təmin edilməlidir.

Azərbaycanın inkişafı üçün yeni bir dövr başlayıb. Müharibənin başa çatması ilə yeni dinc quruculuq dövrü başlanıb. Təhiükəsizliyin  təmin edilməsi investisiyaların cəlb edilməsini daha da asanlaşdırır. Xarici şirkətlərin Azərbaycana maraqları artır. Azərbaycanda isə  lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün  gözəl biznes mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi,  əlverişli coğrafi şərait, infrastruktur və hazırlıqlı peşəkar kadrlar var... Ən əsası isə hər birimizin xoşbəxt, azad bir Vətəndə yaşamaq və yaratmaq arzumuz var  Həsrət çəkən yurd yerlərinə qovuşmaq istəyimiz var... Biz torpaqlarımızı azad etmişik indi qalır onu dirçəltmək, əkib becərmək, Dünyanın ən gözəl məkanlarına çevirmək İnanırıq ki, dövlətimizin qayğısı və səyi nəticəsində  bu sınaqdan da alnı acıq çıxacağıq... Artıq böyük qayıdışa yol başlanıb...Bütün bölgələr kimi Sumqayıtlılar da bu quruculuğa lazımı dəstək olacaqlar. Bu həm bütün xalqın və rəhbərliyin arzusudur.

 

Solmaz Əhmədova
250 №-li tam orta məktəbin müəllimi
Keçidlər