Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda vaksinləşmə prosesi davam etdirilir

30 yanvar 2021 | 16:00

Ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınması, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınması məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.

Bütün ölkədə olduğu kimi, Nizami rayonunda da yanvar ayının 18-də  vaksinasiya prosesinə başlanılıb. Vaksinasiya rayon ərazisindəki dövlət tibb müəssisələri ilə yanaşı, özəl tibb müəssislərində də aparılır. Tibb müəssisələrində xüsusi vaksin otaqları və peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

30 yanvar 2021-ci il tarixinə rayon üzrə 2195 nəfər peyvəndlənib. Vaksinasiyaya gələnlər öncə həkim müayinəsindən keçir, qeydiyyatı aparıldıqdan sonra isə vaksinasiya otaqlarına göndərilir. Vaksin olunmuş vətəndaşlar 30 dəqiqə ərzində nəzarət altında saxlanılır və səhhətdə hər hansı bir problem olmadıqda evə buraxılırlar. 

 

 

 

 

 

 

Keçidlər