Azad edilmiş torpaqlar bərpa ediləcək və yenidən qurulacaq
Cənab Prezidentin bu günlərdə Respublikanın Dövlət televiziyasına verdiyi müsahibə olduqca maraqlı idi. Bu müsahibədə son illərdə dövlətimizin bütün sahələrdə yeritdiyi siyasət öz əksini tapmışdır. Cənab Prezident ilk olaraq səhiyyə sahəsindən danışdı. Bu təsadüfi deyil. Son ildə bütün dünyanı cənginə almış pandemiya bəlasına qarşı dövlətimizin gördüyü tədbirlərdən danışıldı. Prezidentin bilavasitə rəhbərliyi ilə 42 laboratoriya və 13 modul tipli xəstəxana yaradılmışdır. Cənubi Qafqazda ilk olaraq vaksinasiya bizim ölkəmizdə başlandı. Məhz görülən bu tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır. Azərbaycan dövləti Qoşulmama Hərəkatının sədri kimi öz bəyanatlarına sadiq qalaraq beynəlxalq hüququ və ədaləti müdafiə edir. Belə ki, cənab Prezident öz müsahibəsində COVİD-ə qarşı peyvəndin bütün ölkənin xalqlarına çatdırılmalı olduğunu bildirmişdir. Azərbaycan Beynəlxalq qurumların fəaliyyətində özünü məsuliyyətli ölkə kimi aparır. Prezident öz müsahibəsində neomüstəmləkəçiliyə də toxunmuşdur. Prezident bu müsahibəsi ilə zəngin ölkələrin bu praktikadan əl çəkməsi üçün beynəlxalq kampaniyaya start verir.
Cənab Prezident öz müsahibəsində erməni vandalizmindən də geniş bəhs etmişdir. Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı qələbə çox böyük əhəmiyyət kəsb edir. Biz erməni vandalizmini məhv etməklə əslində Ermənistanın özünü də xilas etmişik. Buna ğörə də erməni xalqı bizə minnətdar olmalıdır.
Azad edilmiş torpaqların bərpası və yenidən qurulması dövlətimizin qarşısında duran ən vacib məsələlərdən biridir. Məhz bu məqsədlə qərargah da yaradılıb. Prezident bütün torpaqların planlı şəkildə bərpa ediləcəyini bildirmişdir. Orada əhali üçün yaradılan şərait dünyaya nümunə olacaq.
Həmçinin dövlət başçısı məmurlara da xəbərdarlıq etmişdir. Dövlət başçısı hər hansı bir qanunsuz hərəkətə yol verilməyəcəyini də bildirmişdir. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı şəkildə olmalıdır.
Cənab Prezidentin bu müsahibəsi onun nə qədər qətiyyətli və ardıcıl siyasət yeritdiyini bir daha xalqa nümayiş etdirdi.