Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlam insan möhkəm dövlət təməli deməkdir

03 fevral 2021 | 16:00

Son dövrlər baş verən hadisələr göstərdi ki, ölkəmizdə xalq və dövlət birliyi sarsılmaz və əbədidir. Vətən müharibəsi dövründə xalqımız bir yumruğa dönərək düşmənə diz çökdürdü, ona elə bir dərs verdi ki, illər keçsə də, bu tarixi dərs unudulmayacaq, zaman-zaman dillərdə dastana dönəcək.

İşğaldan azad edilmiş ərazilərdə baş verən quruculuq işləri xalqımızda belə bir inam yaratdı ki, nə qədər çətin olsa da, biz hər şeyi yenidən quracaq, bərpa edəcəyik. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  iştirakı ilə Abşeron rayon Mərkəzi xəstəxanasının yeni inşa olunan binasının açılış mərasimi sübut etdi ki, xalqın maddi rifah halı hər zaman dövləti düşündürən məsələlərdəndir.

Açılış mərasimində çıxış edən Prezident qeyd etdi ki, əhaliyə keyfiyyətli səhiyyə xidməti göstərmək, ölkənin səhiyyə infrastrukturunu durmadan inkişaf etdirmək, Azərbaycan əhalisinin sağlamlığı keşiyində durmaq  dövlətin qarşısında duran başlıca vəzifələrdən biri, bəlkə də birincisidir. Ölkənin bütün bölgələrində müasir tələblərə cavab verən, hər cür avadanlıq və peşəkar kadrlarla təmin olunmuş  səhiyyə müəsisələri fəaliyyət göstərir. Son dövrlər bölgələrdə işləyən həkim kadrların peşəkarlıq səviyyəsi xeyli yüksələrək günün tələblərinə cavab verir. Azərbaycan tədricən icbari tibbi sığorta sisteminə keçir. Üç rayonda bu sistemin icrası göstərdi ki, əhali icbari tibbi sığorta sisteminin tətbiqindən çox razıdır.

Son dövrlərin bəlasına çevrilmiş pandemiya ilə mübarizədə Azərbaycan qabaqlayıcı tədbirlər görərək bu bəlanın qarşısını vaxtında alaraq, il ərzində bu işləri nəzarətdə saxlaya bildi. Yeni laboratoriyaların ölkəyə gətirilməsi, modul tipli xəstəxanaların quraşdırılması xəstəliklə mübarizədə başlıca rol oynadı. Artıq Pandemiya ilə mübarizədə “Azərbaycan modeli” beynəlxalq arenada qəbul edilıb. Əhali arasında aparılan test yoxlamaları xəstəliyin qarşısını vaxtında almağa çox yardımçı oldu,ölkəmiz bu sınaqdan daha az itki ilə çıxa bildi.

Prezident qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə də quruculuq işləri mərhələli şəkildə aparılacaq. Həmin ərazilərdə bir dənə də olsun, salamat bina tapmaq mümkün deyil. Erməni vandallarının dağıdıb məhv etdiyi hər şeyi yenidən quracaq, məktəblər, bağçalar, səhiyyə müəsisələri müasir tələblər çərçivəsində inşa ediləcək. Bizim buna gücümüz çatar, ardıcıl olaraq bu işlərə başlayacağıq. Artıq azad olunmuş ərazilərdə qurumlar işə başlayıb,özü də elə-belə yox, çox böyük layihələr həyata keçiriləcək ”ağıllı şəhər”, ”ağıllı kənd” konsepsiyası. Bütün bunlar zamanın tələbidir və biz buna gedəcəyik. Artıq Şuşa mədəniyyət paytaxtı elan edilib. Biz Şuşanı və digər əraziləri tədricən, mərhələli şəkildə quracağıq, Mən inanıram ki, Azərbaycan xalqı bu işdə mənə dəstək olacaq. Bu ərazilərdə müvəqqəti idarəetmə sturukturu yaradılıb, işlərə başlanılıb. Tezliklə biz belə açılışlardan həmin ərazilərdə də keçirəcəyik, bu bizim üçün əsl bayrama çevriləçək. Mən buna bütün varlığımla inanıram.

Yaşasın Azərbaycan xalqı, Qarabağ Azərbaycandır!

 
Ülviyyə İsmayılova
70 nömrəli məktəb-liseyin müəllimi
Keçidlər