COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaq üçün onlayn qaydada növbə götürülməsi ilə bağlı izahlı video-təlimat
09 fevral 2021 | 16:00
08 fevral 2020-ci il tarixindən Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhalinin vaksinləşmə prosesinə başlanılmışdır.
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq birinci mərhələdə yaşı 65 və yuxarı olan şəxslərin vaksinasiyası nəzərdə tutulmuşdur.
Vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan “COVID-19 vaksin randevu” adlı elektron xidmətdən istifadə edərək peyvənd olunmaq üçün onlayn qaydada növbə götürməlidirlər.
Onlayn qaydada növbə götürülməsi ilə bağlı izahlı video-təlimat: