Nizami rayonunda rayon məktəbliləri arasında “Vətən müharibəsi – Qarabağ zəfəri” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
10 fevral 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında II Qarabağ müharibəsinə həsr olunmuş “Vətən müharibəsi – Qarabağ zəfəri” mövzusunda inşa yazı müsabiqəsinin 2-ci mərhələsi keçirilib.
Onlayn keçirilən tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və şöbənin əməkdaşları, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, məktəb direktorları, məktəblərin müəllimləri və şagirdlər iştirak ediblər.
Müsabiqənin keçirilməsində məqsəd Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Azərbaycan əsgərinin qəhrəmanlığının tərənnüm edilməsi və şəhid olanların xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın tarixi qələbəsinin təbliğ edilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, məktəblilərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsindən ibarətdir.
Qeyd edək ki, rayon üzrə inşa yazı müsabiqəsi 2 mərhələdə təşkil olunmuşdur. 8 fevral 2021-ci il tarixində keçirilən müsabiqənin 1-ci mərhələsində 20 orta məktəbdən 17 mövzu üzrə 71 şagird iştirak etmiş və onlardan 9 nəfər – 129 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Fidan Hüseynova, 201 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Zeynəb İbişova və 11-ci sinif şagirdi Nəzrin Yusubova, 214 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Kənan Ağadada, 238 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Arzu Əliyeva, 251 nömrəli t tam orta məktəbin 10-cu sinif şagirdi Nəzrin Hüseynova, “Zəngi” liseyinin 10-cu sinif şagirdi Əli Hüseynov, 11-ci sinif şagirdi Aydan Səfərli və 9-cu sinif şagirdi Ayan Mustafazadə xüsusi bacarıqları ilə fərqlənmiş və 2-ci mərhələdə iştirak etmək hüququ qazanmışlar.
Müsabiqənin 2-ci mərhələsinin nəticələrinə əsasən 238 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Arzu Əliyeva, 251 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Nəzrin Hüseynova və “Zəngi” liseyinin 10-cu sinif şagirdi Əli Hüseynov fərqlənib və Bakı şəhər mərhələsinə vəsiqə qazanıblar.