Nizami rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
26 fevral 2021 | 16:00
26 fevral 2021-ci il tarixdə Nizami rayonunda “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə kampaniyasında Rayon İcra Hakimiyyətinin, Nizami bələdiyyəsinin, Rayon İdman və Gənclər İdarəsinin və rayonun digər idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər.
Belə ki, soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə rayonun Ə.Vəliyev küçəsi 7a və Rüstəmov küçəsi boyunca 200 ədəd sərv, 100 ədəd Tuya, 80 ədəd badam, 80 ədəd göyrüş, 80 ədəd qarağac və 73 ədəd iydə ağacı olmaqla ümumilikdə 613 ədəd ağac əkilib.
Əkilən ağaclar suvarılıb və ağaclara aqrotexniki qulluq göstərilib.