Nizami rayonunda məktəblilər arasında 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “İdman sağlamlığın rəhnidir” mövzusunda virtual təsviri sənət müsabiqəsi keçirilib
01-04 mart 2021-ci il tarixdə Nizami Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və 201 nömrəli tam orta məktəbin Palitra Art Studiyasının birgə təşkilatçılığı ilə 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “İdman sağlamlığın rəhnidir” mövzusunda virtual təsviri sənət müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd istedadlı şagirdlərin bədən tərbiyəsi və idmana olan maraqlarını daha da artırmaq, idmanın insan sağlamlığı üçün ən vacib amil olduğunu bir daha nəzərə çatdırmaq və şagirdlərin təsviri sənət sahəsində öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaqdır.
Müsabiqədə müxtəlif yaş qrupları üzrə Nizami rayon ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər, kiçik yaş qrupu üzrə I yerə Bağırzadә Elmir, II yerə İsmayılzadә Leyla, III yerə Orucsoy Rәhilә, orta yaş qrupu üzrə I yerə Mәmmәdli Nihad, II yerə Babayeva Nuray, III yerə Mәmmәdli Fatimә, böyük yaş qrupu üzrə isə I yerə İsmayılzadә Gülәr, ll yerə Balayeva Nigar, lll yerə Vәlizadә Alsu layiq görülüblər.
Müsabiqədə Abbaslı Yağmur, Mәhәrrәmli Maral, Orucsoy Әli, Dadaşova Nurcan, Hüseynova Aynişan və Balayev Sәid də öz istedadları ilə fərqləniblər.