Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda COVID-19 infeksiyasına qarşı əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir

07 aprel 2021 | 16:00

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Nizami rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam etdirilir.

Əhalinin peyvəndlənməsi 32 və 18 saylı Birləşmiş Şəhər Xəstəxanalarında və 26 saylı Şəhər Poliklinikasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir.

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvəndlənməsi mərhələli şəkildə həyata keçirilir. İlkin mərhələdə rayonun səhiyyə müəssisələrində çalışan tibb işçiləri, həmçinin yaşlı vətəndaşlar peyvənd olunublar. Martın 22-dən etibarən 40 yaşdan yuxarı vətəndaşların da peyvəndlənməsinə başlanılıb.

Bu günədək rayonda 20481 vətəndaş koronavirusa qarşı peyvənd olunub. Onlardan 4298 nəfər 65 və 65 yaşdan yuxarı, 11361 nəfər 50-64 yaş, 2927 nəfər 40-49 yaş, 1895 nəfər 40 yaşadək vətəndaşlardır.  Vaksin olunan 7174 vətəndaşa peyvəndin hər iki dozası vurulub.

Rayon ərazisindəki idarə, təşkilat və müəssisələrdə çalışan və yaşı 40-dan yuxarı olan əməkdaşlar da könüllü olaraq peyvənd olunurlar.

06 aprel 2021-ci il tarixində Rayon İcra Hakimiyyəti başçısının müavini İldirim Mehdiyev və Rayon İcra Hakimiyyəti başçısı aparatının bir qrup əməkdaşlarına da artıq 2-ci doz vaksin vurulub.

 

Keçidlər