Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətində yeni yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə təyinat olub

29 aprel 2021 | 16:00

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmışdır.  

Qeyd olunan şöbənin müdiri vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, cəbhə bölgəsində həkim kimi fəaliyyət göstərən, eyni zamanda Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmiş Bayramov Rüstəm Bayram oğlu, şöbənin böyük məsləhətçisi vəzifəsinə isə Vətən müharibəsinin iştirakçısı, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə kəşfiyyatçı-istehkamçı kimi iştirak etmiş Əliyev Yusif Eldar oğlu təyin olunub.

 

 

 

Keçidlər