Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib

23 iyun 2021 | 16:00

23 iyun 2021-ci il tarixində Nizami Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib/

Yığıncaqda Nizami Rayon Icra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Qərib Məmmədov, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və rayon ağsaqqalları iştirak ediblər.

Öncə Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Yığncaqda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Nizami Rayon Icra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Qərib Məmmədov yığıncağı açaraq sözü Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimova verib. E.İbrahimov ümummilli lider Heydər Əliyevin ağsaqqallara göstərdiyi qayğıdan, ağsaqqalların ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətindən söz açıb. Natiq Respublika Ağsaqqallar Şurasının Əsasnaməsi haqqında məlumat  verərək, tıəsdiq üçün ağsaqqalların müzakirəsinə verib. Sonra Nizami Rayon Ağsaqqallar Şurasının sədri seçilib, İdarə heyəti və Təftiş komissiyasının yeni tərkibi təsdiq olunub.

Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib. O, Rayon Ağsaqqallar Şurası üzvlərinin dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirakını, rayon məktəblərində şagird və müəllim kollektivləri ilə, “N” saylı hərbi hissələrdə zabit və əsgərlərlə görüşlərini, həmçinin rayon gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyə almasında öz xidmətlərini əsirgəmədiklərini, bu işdə  Nizami rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsi ilə əməkdaşlıq etdiklərini söyləyib.

Nizami Rayon Ağsaqqallar Şurasının sədr müavini Eyvaz Hünbətov və Şuranın üzvü Rasim Ağayev çıxış edərək, ağsaqqalların rayondakı ictimai fəaliyyətindən, rayon gəncləri ilə keçirdikləri tövsiyə xarakterli görüşlərdən danışaraq, ölkənin siyasi həyatında ağsaqqalların da yaxından iştirak etdiklərini qeyd ediblər.

Nizami Rayon Icra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Qərib Məmmədov və YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva müstəqil dövlətimizin inkişaf edib möhkəmlənməsində ağsaqqalların əvəzsiz xidmətlərindən söz açaraq, rayonumuzun daha da inkişaf etdirilməsinə, ölkə başçısının respublikada həyata keçirdiyi abadlıq-quruculuq və yenidənqurma işlərində rayon ağsaqqallarının hər zaman töhfə verəcəklərinə əmin olduqlarını diqqətə çatdırıblar.

Yığıncağın sonunda xatirə şəkli çəkilib.

Keçidlər