Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarında və ticarət obyektlərində reydlər keçirilib

24 iyul 2021 | 16:00

24 iyul 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında və ticarət obyektlərində reydlər keçirilib.

Reydlər zamanı şadlıq sarayları, restoranlar və ticarət obyektlərinin fəaliyyətlərinin “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarla müəyyən olunmuş tələblərə uyğunluğu, eyni zamanda, obyektlərdə əməkdaşların 80%-nin peyvəndlənmiş olması tələbinin yerinə yetirilməsi vəziyyəti yoxlanılıb.

Reydlər keçirilən məkanlarda maarifləndirici söhbətlər aparılıb, qapalı yerlərdə tibbi maskalardan istifadə edilməsinin, sosial məsafənin gözlənilməsinin vacibliyi və sanitar-gigiyena qaydalarına riayət olunması bir daha sahibkarlıq subyektlərinə xatırladılıb.

Qeyd edək ki, reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlarla bağlı pozuntulara yol verən şəxslərə qarşı cərimə tədbirləri tətbiq olunub.

Eyni zamanda, Rayon İcra Hakimiyyəti yanında yaradılmış mobil qruplar tərəfindən də rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin icrasına nəzarət məqsədilə mütəmadi reydlər aparılır, əhali arasında maarifləndirmə işləri həyata keçirilir və xəstəliyə qarşı ən effektli mübarizə vasitəsinin peyvəndlənmə olduğu bildirilir. 

 

Keçidlər