Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonu ərazisində reydlər davam etdirilir

24 avqust 2021 | 16:00

24 avqust 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində ictimai iaşə və ticarət obyektərində, ərzaq mağazalarında, apteklərdə, o cümlədən avtobuslarda reydlər keçirilib.

Reydlər keçirilən məkanlarda qapalı yerlərdə tibbi maskalardan istifadə edilməsinin, sosial məsafənin gözlənilməsinin vacibliyi və sanitar-gigiyena qaydalarına riayət olunması, peyvəndləmənin zəruriliyi və əhəmiyyti barədə maarifləndirici söhbətlər aparılıb, eyni zamanda aşkar edilən nöqsanlarla bağlı pozuntulara yol verən şəxslərə qarşı cərimə tədbirləri tətbiq olunub, tibbi maskasız vətəndaşlara tibbi maskalar paylanılıb,

Qeyd edək ki, Rayon İcra Hakimiyyəti yanında yaradılmış mobil qruplar tərəfindən də rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin icrasına nəzarət məqsədilə mütəmadi reydlər aparılır, əhali arasında maarifləndirmə işləri həyata keçirilir və xəstəliyə qarşı ən effektli mübarizə vasitəsinin peyvəndlənmə olduğu bildirilir. 

 

 

 

 

Keçidlər