Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda yeni tədris ili ilə əlaqədar aztəminatlı ailələrin uşaqlarına yardım edilib

17 sentyabr 2021 | 16:00

17 sentyabr 2021-ci il tarixində Nizami rayonunda yeni tədris ili ilə əlaqədar aztəminatlı ailələrin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, rayon təşkilatının “Sərdaroğulları” ƏİPT-nin sədri, “Missiya” media qrupunun rəhbəri Ramin Əhmədov iştirak ediblər.

Görüşdə bildirilib ki, hər il Bilik Günü ərəfəsində rayonda yaşayan aztəminatlı, şəhid, Qarabağ müharibəsi əlillərinin ailələrinin nümayəndələri ilə görüşülür və onların övladlarına məktəb geyimləri, çantası, ləvazimatları hədiyyə edilir və bu cür tədbirlər gələcəkdə də davam etdirəcəkdir.

Görüşdə çıxış edənlər bilik günü münasibətilə valideynləri və şagirdləri təbrik ediblər.

Valideynlər də göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eyni zamanda, Nizami Rayon İcra Hakimiyyətinə və Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlıq ediblər.

Sonda 60-dan artıq uşağa məktəb geyimləri, çantası və ləvazimatları hədiyyə olunub, maddi yardım edilib.

Keçidlər