Antiterror əməliyyatları zamanı yaralanan polis serjantı Cavid Talıbov evində ziyarət edilib
19 sentyabr 2025-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ziya Əliyev 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ bölgəsində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı yaralanan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı, polis serjantı Talıbov Cavid Canpolad oğlunu ziyarət ediblər.
Ziyarət zamanı dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan bəhs edilib, Cavid Talıbovun səhhəti, gündəlik qayğıları ilə maraqlanıblar.
Cavid Talıbov göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.






