Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri şəhidi Tural Dadaşovun xatirəsi anılıb

02 aprel 2023 | 12:19

02 aprel 2023-cü il tarixində Suraxanı rayonu Qaraçuxur kənd qəbiristanlığında aprel döyüşləri şəhidi Dadaşov Tural Sabir oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları və Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin aprel ayının 2-dən təmas xəttində növbəti silahlı təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun əsgəri Dadaşov Tural Sabir oğlu Tərtər rayon istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

 

Keçidlər