Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri şəhidi Urfan Vəlizadənin ailəsi ziyarət olunub

23 mart 2024 | 17:52

23 mart 2024-cü il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov Aprel döyüşləri şəhidi mayor Urfan Uzeyir oğlu Vəlizadənin ailəsini ziyarət ediblər.

Ziyarət zamanı şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı bildirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin qızı Zəhra Vəlizadəni doğum günü münasibətilə təbrik edib, şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, ailənin istəklərinin həlli istiqamətində tədbirlərin görüləcəyini bildirib.

Qeyd edək ki, 2016-cı il aprel ayının 2-də Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində ermənilərin silahlı təxribatının qarşısının alınması zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə  Silahlı Qüvvələrimiz tərəfindən qarşı tərəfin mövqelərinə aviasiya zərbələri zamanı Milli Ordunun zabiti, Mİ-24 helikopterinin pilotu mayor Vəlizadə Urfan Uzeyir oğlu şəhid olmuşdur.

Keçidlər