Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri şəhidi Urfan Vəlizadənin xatirəsi anılıb

02 aprel 2023 | 14:21

02 aprel 2023-cü il tarixində II Fəxri Xiyabanda aprel döyüşləri şəhidi Vəlizadə Urfan Uzeyir oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və RİHBA-nın məsul əməkdaşları iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, aprel ayının 2-dən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində ermənilərin silahlı təxribatının qarşısının alınması zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə  Silahlı Qüvvələrimiz tərəfindən qarşı tərəfin mövqelərinə aviasiya zərbələri zamanı Milli Ordunun zabiti, Mİ-24 helikopterinin pilotu mayor Vəlizadə Urfan Uzeyir oğlu şəhid olmuşdur.

Keçidlər