Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri şəhidləri mayor Urfan Vəlizadənin və Tural Dadaşovun ailələri ziyarət edilib

26 sentyabr 2026 | 11:59

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova və başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri Şahsultan Həsənov Aprel döyüşləri şəhidi mayor Urfan Uzeyir oğlu Vəlizadənin və Dadaşov Tural Sabir oğlunun ailələrini ziyarət ediblər.

Ziyarət zamanı şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı bildirilib.

Qeyd edək ki, 2016-cı il aprel ayının 2-də Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində ermənilərin silahlı təxribatının qarşısının alınması zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşı tərəfin mövqelərinə aviasiya zərbələri zamanı Milli Ordunun zabiti, Mİ-24 helikopterinin pilotu mayor Urfan Vəlizadə şəhid olmuşdur.

2016-cı ilin aprel ayının 2-dən təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti silahlı təxribatının qarşısını alarkən Tural Dadaşov Tərtər rayon istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Keçidlər