Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsinin hesabat-seçki konfransı keçirilib
20 iyun 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsinin növbəti hesabat-seçki konfransı keçirilib.
Konfransda Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Millət vəkili Novruz Aslanov, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu, Türk Kızılayın Azərbaycandakı nümayəndəsi Hüseyn Çıtak, Bakı Regional Mərkəzinə daxil olan rayon bölmə sədrləri, rayon bölməsinini əməkdaşları və könüllülər iştirak ediblər.
İlk öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə güllər qoyub, xatirəsini böyük ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Bakı Regional Mərkəzin koordinatoru Rəna İbrahimova və digərləri çıxış edərək Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsinin rayon ərazisində gördüyü işlər, rayonun aztəminatlı ailələrinə, həssas kateqoriyalı insanlara, şəhid və qazi ailələrinə göstərdiyi maddi və mənəvi köməkliklər barədə məlumatlar verib, bölmənin bu istiqamətdəki fəaliyyətində uğurlar, yeni nailiyyətlər diləyiblər.
Konfransda Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsinin gördüyü işlərə dair 3 illik hesabatı dinlənilib.
Konfransda Afaq Vəlizadə yenidən Nizami rayon bölməsinin sədri, Elburus Həsənov isə sədr müavini seçiliblər.