Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yuriy Kovalyovun anım günündə məzarı ziyarət edilib

03 oktyabr 2022 | 14:14

03 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yuriy Kovalyovun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Mixail Zabelin, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Yuriy Kovalyov 1991-ci il oktyabrın 3-də Xocavənddə qəhrəmancasına şəhid olub. 1992-ci ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

 

Keçidlər