Azərbaycanın Milli Qəhrəmanı baş leytenant Vaqif Qurbanovun ailəsi ziyarət edilib
17 dekabr 2025 | 19:12
17 dekabr 2025-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Qarabağ müharibəsində şəhid olmuş, Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi, Azərbaycanın Milli Qəhrəmanı, baş leytenant Vaqif Qurbanovun ailəsinə baş çəkib, ailənin qayğıları və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Vaqif Qurbanov 13 iyun 1992-ci il tarixində Ağdamın Şelli kəndi yaxınlığında döyüş uçuşu həyata keçirərkən düşmən tərəfindən təyyarəsi vurularaq şəhid olub. Prezident İlham Əliyevin 07 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.






