Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun məzarı ziyarət edilib
03 oktyabr 2025 | 14:31
03 oktyabr 2025-ci il tarixində Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun məzarı ziyarət edilib
Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov iştirak ediblər.
Qeyd edək ki, 1991-ci il oktyabr ayının 3-də polis starşinası Yuri Kovalyov Xocavənd rayonu ərazisində qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Kovalyov Yuri Petroviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Nizami rayonunda 229 nömrəli tam orta məktəb Milli Qəhrəmanın adını daşıyır.






