Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Texniki Kollecinin tələbələrinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə infoturu təşkil edilib

19 may 2025 | 15:47

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”ndə “Peşədən Sosial İnkişafa” layihəsi çərçivəsində Nizami rayonunda yerləşən Bakı Texniki Kollecinin fəal tələbələrinin iştirakı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə infotur təşkil olunub.

İştirakçılara Mərkəzin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən sosial layihələr, inklüziv cəmiyyətin formalaşdırılması və həssas qruplara aid şəxslərin cəmiyyətə adaptasiyasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verilib. İnfotur zamanı gənclər Mərkəzin yaradıcı studiyaları, əl işləri və təlim proqramları ilə tanış olub, eyni zamanda suallarını ünvanlayaraq maraqlandıqları mövzular üzrə məlumat əldə ediblər.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etməkdə məqsəd kollec tələbələrinin peşə bacarıqlarının tətbiqi və təbliği, həmçinin sosial sahədə fəaliyyət göstərən innovativ qurumlarla tanışlıqdır.

Ziyarət zamanı tələbələrə Mərkəzdə təqdim olunan inklüziv sosial xidmətlər, yaradıcılıq studiyaları, əmək reabilitasiyası və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına yönəlmiş proqramlar barədə ətraflı məlumat verilib.

Tələbələr həmçinin, peşə fəaliyyətlərinin sosial əhəmiyyətini, ictimai faydalılığını və məşğulluq imkanlarını yerindəcə müşahidə ediblər.

Bu infotur gənclərin sosial həssas qruplara dəstək, peşəyə motivasiya və ictimai şüurun formalaşması baxımından da önəmli addımdır.

Keçidlər