Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsi şəhidi Əliyar Ədalət oğlu Ələkbərov Keşlə Şəhidlər Xiyabanında dəfn olunub

21 may 2024 | 14:49

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Əliyar Ədalət oğlu Ələkbərov Nizami rayonunun Keşlə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

21 may 2024-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  şəhid Əliyar Ədalət oğlu Ələkbərov ailəsinin yaşadığı Keşlə qəsəbəsi, Zakir küçəsi 11 ünvanında vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhid Keşlə Şəhidlər Xiyabanında Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əklillər qoyulub. Daha sonra mərasim evində ehsan süfrəsi təşkil olunub.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, Nizami rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, qazilər, media nümayəndələri iştirak ediblər.

Keçidlər