Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsi şəhidi Əliyar Ələkbərovun xatirəsi anılıb

15 fevral 2025 | 14:32

15 fevral 2025-ci il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Əliyar Ədalət oğlu Ələkbərovun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Əliyar Ələkbərov 1993-cü ilin oktyabr ayının 29-da könüllü olaraq Qarabağda gedən döyüşlərə yollanıb. 1994-cü ilin fevral ayının 15-də Kəlbəcər rayonunun Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb. 30 ildən sonra aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunaraq 21 may 2024-cü il tarixində torpağa tapşırılıb.

 

Keçidlər