Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

07 may 2024 | 16:08

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

7 may 2024-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  şəhid Dadaş Gülalı Məhəmməd oğlunun ailəsinin yaşadığı E.Süleymanov küçəsi 126 ünvanında vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhid Keşlə Şəhidlər Xiyabanında Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əklillər qoyulub. Daha sonra mərasim evində ehsan süfrəsi təşkil olunub.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Nizami Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin, Nizami rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, qazilər, media nümayəndələri iştirak ediblər.

Keçidlər