Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib

14 noyabr 2025 | 12:11

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 13 noyabr 2025-ci il tarixində 145 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, eləcə də rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayon sakinlərinə yaxın olmaq, onların problemlərini özlərindən eşitmək və yerindəcə aradan qaldırmaq məqsədilə öncədən təsdiq olunan qrafiqə uyğun olaraq rayonun müxtəlif ünvanlarında səyyar qəbullar keçirildiyini bildirib. Eyni zamanda, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, onların qaldırdıqları məsələlərin diqqətlə araşdırılıb həll olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələr Rayon Icra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsasını təşkil etdiyini və onları narahat edən problemlərin operativ həlli üçün müvafiq tədbirlər görüldüyünü diqqətə çatdırıb.

Səyyar qəbulda çıxış edən sakinlərin müxtəlif məsələlərlə əlaqədar müraciətləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, qaldırılan bəzi məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib, əlavə araşdırmalara ehtiyac duyulan məsələlər isə nəzarətə götürülüb.

Keçidlər