Fevral ayında növbəti səyyar qəbullar keçirilib
01 mart 2024 | 14:12
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov fevral ayında rayon sakinləri ilə növbəti səyyar qəbullar keçirib.
Qəbullarda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar görüşlərdə rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, bir sıra müraciətlərdə əksini tapan məsələlər yerindəcə həll edilib, vətəndaşları narahat edən digər məsələlərlə bağlı verilən suallar isə ətraflı cavablandırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı həlli əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.