Formula 1 Azərbaycan Qran-Prisini Nizami rayonundan şəhid ailələri və qazilər qonaq qismində izləyiblər
22 sentyabr 2025 | 09:58
Ölkəmizin növbəti dəfə ev sahibliyi etdiyi ən nüfuzlu idman yarışı olan Formula 1 Azərbaycan Qran-Prisi 19-21 sentyabr 2025-ci il tarixində keçirilib.
3 gün davam edən möhtəşəm yarış bu idmanın azarkeşlərinə həyəcanlı anlar yaşadıb.
Yarışı qonaq qismində dəvət olunaraq canlı izləyən şəhid ailələləri və qazilər bu diqqətə görə ölkə rəhbərliyinə xüsusi minnətdarlıqlarını ifadə ediblər.






